Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Laçın – yeganə yol deyil: ermənilər bu yollardan istifadə etsin!

Tarix: 17-12-2022 11:12     Baxış: 4308 A- / A+

Ermənistan qazın kəsilməsi ilə əhaliyə işgəncə vermək bahasına təbliğat qurmağa çalışırdı.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a son günlər Ermənistan rəsmiləri və diasporunun Xankəndidəki vəziyyəti “humanitar fəlakət” kimi dünyaya təqdim etməsi cəhdləri haqda danışan politoloq Fərhad Məmmədov deyib.
“Azərbaycan tərəfi qazın kəsilmədiyini bildirirdi. Ancaq ermənilər özləri ötən gün səhər qaz təminatının bərpa edildiyini açıqladılar. Belə çıxır ki, bir neçə gün ərzində onlar yalan danışırdı.
Digər tərəfdən, ermənilər “humanitar fəlakətin” miqyasını “genişləndirmək” üçün erməni icmasının sayı ilə manipulyasiya edirlər. Azərbaycan orada 25 min, ermənilər isə “35 minə yaxın” erməni əhalinin olduğunu bildirirdi. Baş separatçı Araik Arutyunyan bunu ötən il elan etmişdi. Nədənsə Rusiya sülhməramlıları tərəfindən yol bağlanandan sonra ermənilər bu rəqəmi 120 minə qaldırdı. Əlbəttə, məlumatları şişirtmək ermənilərə xas xüsusiyyətdir. Azərbaycan da buna cavab verməlidir, ən doğrusu isə siyahıyaalınmadır”, - o bildirib.
Politoloq qeyd edib ki, Rusiya sülhməramlılarının təhlükəsizliyi əsas gətirərək, Laçın yolunu bağlamasını Ermənistanın “humanitar fəlakət” kimi qələmə verməsi də saxtakarlıqdır:
“Laçın - Xankəndi istiqamətinə gedən yeganə yol deyil. O istiqamətə Ağdam, Füzuli, Kəlbəcərdən yol var. Sadəcə olaraq yerli ermənilər o yollardan istifadə etmək üçün Azərbaycan tərəfinə müraciət etməlidir. Özləri də bilir ki, əhalinin o yollardan istifadə etməsində problem yoxdur. Sadəcə, o yollardan silah daşınması, Azərbaycan sərvətlərinin talan olunması, iranlı terrorçuların Xankəndiyə gəlməsi mümkün deyil”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar