Xəbər lenti 
					
 
		Təcili addımlar atılmalıdır! Bu aksiya ilə heç yerə çata bilməyəcəyik - Üzeyir Cəfərov

Bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidməti açıqlamışdı ki, oradan texnikalar, o cümlədən Ermənistanda 2021-ci il istehsalı olan minalar ərazilərə danışır. Həmçinin Rusiya sülhməramlılarının nəzarəti altında silah-sursat danışırdı. Bunlar bizə imkan verirdi ki, biz sülhməramlılardan bu suallara qəti şəkildə cavab istəyək".
Ü.Cəfərov qeyd edib ki, Moskva hazırda orada qarışıqlıq yaranmasında maraqlıdır: "Bu gün bir daha sübut olundu ki, Volkovun bizim aksiyada iştirak edən tərəfi saymaması məhz onun nəticəsidir ki, o bilir ki, buna görə ona heç bir irad tutulmayacaq. Hətta ona bu barədə Moskvadan tapşırıq gəlib. Moskvaya sərf edir ki, bu gün orada çox böyük ajiotaj yaransın. Rusiya sülhməramlılarının orada vacibliyi faktoru qabardılsın. Rusiya sülhməramlıları olmasa Azərbaycanlılar az qala Erməniləri genosid edəcək və s. kimi fikirlər səslənir".
Hərbi ekspert əlavə etdi ki,bundan sonrakı proseslər Rusiyanın xeyrinə gedəcək: "Təəssüflər olsun ki, vəziyyəti fikirləşənlər, həyata keçirənlər bunu daha geniş, effektiv olması üçün dərindən düşünməyiblər. Sülhməramlılar ora gələndən sonra, ta Rüstəm Muradovun vaxtından bu yana oradakı faydalı qazıntılar danışır. Volkovun ekoloq və jurnalistləri ora buraxmamasının səbəbi oradakı dəhşətli vəziyyətdir. Çünki onlar oranı talan edib".
Ü.Cəfərovun fikrincə, Volkovun azərbaycanlı aksiya iştirakçılarının qarşısına çıxmaması bizə qarşı təhqirdir: "Ona görə də Volkov Xankəndidə oturub, Azərbaycan vətəndaşlarının qarşısına çıxmır və səlahiyyətli şəxsləri də qəbul etmir. Bu bizim üçün çox böyük təhqirdir. Mən bir Azərbaycan vətəndaşı kimi bunu özümə çox böyük təhqir sayıram və hesab edirəm ki, Azərbaycan bu yöndə təcili addımlar atmalıdır. Orada bizim faydalı qazıntılarımızı daşıyıblar. Bir müddət sonra oradakı çadırlar da götürüləcək və hər şey olduğu kimi davam edəcək. Bu vəziyyətdən çıxış yolu yoxdur".
Hərbi ekspert təklif edir ki, həmin yolun başlanğıcında, yəni sülhməramlılar olan yerdə Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri oturmalı və kimin gəlib kimin getdiyini yoxlamalıdırlar: "O zaman ermənilər bütün göstərişlərə, əmrlərə tabe olacaqdılar. Lakin bu gün hazırki aksiya ilə heç bir yerə çata bilməyəcəyik və bir neçə günə yekunlaşacaq. Bu işləri hərtərəfli təşkil etmək lazımdır ki, onun effekti, nəticəsi olsun".
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















