Xəbər lenti 
					
 
		Avrasiyanın gənc ekoloqları Qarabağda monitorinqə qatılmağa hazırdır
Manevr.az xəbər verir ki, Avrasiya regionunun yüz minlərlə fəalı olan aparıcı gənclər təşkilatları və hərəkatlarını təmsil edən İdarə Heyəti üzvləri ekoloji gündəliyin hər zaman gənclik hərəkatının fəaliyyət mərkəzində olduğunu qeyd ediblər.
Bəyanatda bidirilir ki, davamlı ekoloji monitorinqlərin keçirilməsi bu gün dünya təcrübəsində aparıcı qlobal trend və fəaliyyətlərdən biridir və ekoloji böhranların qarşısının alınmasında əsas rol oynayır.
Bəyanatda təəssüflə qeyd olunur ki, vaxtilə Azərbaycanın işğal olunmuş əraziləri 30 ilə yaxın, hazırda isə Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri hələ də bu tipli monitorinqlərdən kənar və nəzarətsiz qalan ərazilərdəndir. Bunun bölgənin ətraf mühiti üçün ağır nəticələrini 2021-ci və bu il İƏGF ARM tərəfindən təşkil edilmiş sosial media fəallarının Azərbaycana səfərləri zamanı onlarla beynəlxalq tanınmış bloger də şahidi olublar.
Bu günlərdə Azərbaycan ekoloqlarının RSK-nin müvəqqəti yerləşdiyi ərazilərdə nəzarətsiz fəaliyyət göstərərək ətraf mühitə ziyan vuran mədənlərin monitorinqini keçirmək cəhdinə süni əngəllərin törədilməsi ciddi narahatlıq doğurur.
“Eyni zamanda keçiriləcək monitorinqlərin obyektivliyini təmin etmək məqsədilə Azərbaycan ekoloji könüllülərinə dəstək olaraq Avrasiya regionu gənc ekoloqlarından ibarət heyətin monitorinqlərə qatılmasını təşkil etməyə hazırıq.” – bəyanatda vurğulanır.
Xatırladaq ki, İƏGF-ARM 56 İƏT ölkəsinin aparıcı gənclər hərəkat və strukturlarını özündə birləşdirən beynəlxalq qurum - İƏT Gənclər Forumunun regional təşkilatıdır.teleqraf.com
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















