Xəbər lenti
Andrey Volkov niyə Şuşa-Xankəndi yoluna gəlmir? - İLGİNC AÇIQLAMA

Manevr.az-ın xəbərinə görə, mövzunu konkret.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Andrey Volkov təlimatla işləyir: “Rusiya Müdafiə Nazirliyindən göstəriş almayana qədər Volkov hərəkət etməyəcək. Bu gün orada cərəyan edən hadisələrin mərkəzində Kreml və onun yüksək rütbəli elitası dayanır. Rusiya Müdafiə Nazirliyi Azərbaycanın tətbiq etdiyi yumşaq güc taktikasının uzun müddət işləməyəcəyini düşündüyü üçün, Volkovu həmin əraziyə göndərməyə tələsmir. Eyni zamanda qarşı tərəfin iradəsini yoxlamağa çalışır. Üstəlik, bölgədə sülhməramlılara yeni yardım qüvvələri göndərilir. Amma Azərbaycanın sərəncamında digər ehtiyat tədbirləri də var. Hesab edirəm ki, rəsmi Bakı düzgün taktika yeridir və tədricən qarşısına qoyduğu məqsədlərə nail olacaq”.

Qabil Hüseynli əlavə edib ki, aksiyanın hələ dağılmaq ehtimalı yoxdur: “Oradakı vətəndaşlarımızın sıralarına yeni qüvvələr qatılır. Yəni yumşaq güc bir müddət orada fəaliyyət göstərəcək. Düşünürəm ki, Volkovun ora gəlməsinin elə də böyük əhəmiyyəti yoxdur. Azərbaycan onsuz da əsas mərkəzə, yəni Moskvaya mesaj verir. Ona görə də, Putin məcbur qalaraq Azərbaycan Prezidentinə zəng edib. Bir sözlə, proseslərdə kimin iştirakından asılı olmayaraq son məqsəd Azərbycanın bu bölgələr üzərində nəzarətini təmin etməkdir. Bu yolda bütün vasitələrdən istifadə ediləcək. Hələlik yumşaq güc və diplomatik vasitələr meydandadır. Sonrakı addımlar isə mövcud vəziyyətdən asılı olacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar