Xəbər lenti
Şuşa yolunda etiraz: Zəngəzur dəhlizinin açılması aktuallaşır

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, ətraf mühitin qorunması ilə bağlı etiraz beynəlxalq hüquqa, BMT konvensiyalarına və eləcə də, Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur:
“Ağdərə rayonunda yerləşən Qızılbulaq mis-qızıl kolçedan yatağı Azərbaycanın ən böyük təbii ehtiyatlar ilə zəngin yataqlarından hesab olunur. Ehtiyatları 17,5 ton həcmində qiymətləndirilən yatağın işlənməsi ilə bağlı qərarı yalnız Azərbaycan dövləti ölkə qanunvericiliyi çərçivəsində həyata keçirə bilər. “Base Metals” MMC aldı erməni şirkəti 2013-cü ildən 2020-ci ilədək həmin yatağın mis-qızıl ehtiyatlarınl talayıb. Həmin müddətdə mədəndə hər ay 12 min ton filiz çıxarılıb və saflaşdırma kombinatında emal edilib. Konsentrat Ermənistana aparılıb, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılıb. Bu şirkət Avstraliyanın “İnternational Base Metals Limited” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub. Yataqların mənimsənilməsi nəticəsində Azərbaycana dəyən ziyan yüz milyon dollarla ifadə olunur”.
V.Bayramov hesab edir ki, son hadisə Zəngəzur dəhlizinin açılması məsələsini daha da aktuallaşdırır və Ermənistan üçtərəfli bəyanatdakı öhdəliyini nə qədər tez yerinə yetirərsə, o qədər regionda stabillik daha tez əldə olunar:
“Azərbaycan bütün mövcud imkanlardan və hüquqdan istifadə edərək Zəngəzur dəhlizinin daha qısa zamanda istifadəyə verilməsinə çalışır və bu istiqamətdəki mövcud siyasət davam etdiriləcək. Son proseslər bir daha təsdiq edir ki, regionun inkişafı birbaşa qarşılıqlı ərazi bütövlüyü və suverenliyini tanınmaqla, sülh müqaviləsinin bağlanmasından keçir. Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir və Ermənistandakı revanşist meyllər, sadəcə üzləşdikləri problemləri dərinləşdirəcəklər.
Nəhayət, Şuşa-Xankəndi yolundakı etiraz aksiyası bir daha göstərdi ki, Azərbaycanda milli həmrəylik və vətənpərvərlik kifayət qədər yüksəkdir və xalqımız xarici təhdidlərə hər zaman birgə cavab vermək əzmindədir”
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar