Xəbər lenti 
					
 
		Sülhməramlılar media işçilərinin üzərinə avtomatla gəlir - Video
 Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində yerləşdirilmiş Rusiya sülhməramlılarının Azərbaycanın media nümayəndələrinə qarşı davranışları hiddət doğurub.
Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində yerləşdirilmiş Rusiya sülhməramlılarının Azərbaycanın media nümayəndələrinə qarşı davranışları hiddət doğurub.Manevr.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolardan da görünür ki, Report İnformasiya Agentliyinin avtomobilinə avtomat silahın qundağı ilə zərər vurur, əməkdaşı ilə kobud davranır. Üzərində media qurumuna məxsus olduğu açıq-aşkar bilinən avtomobilin ətrafına yığılmış avtomat və pulemyotçular sanki cinayətkarla davranır.
Əlbəttə, Report-un avtomobili mülki avtomobildir, zirehli deyil, əməkdaşları da silahla gəzmir, mülki vətəndaşlardır. Lakin erməni separatçılarına qarşı münasibətdə özlərini humanitar təşkilatların nümayəndələri kimi aparan “sülhməramlılar” (hər halda onlar rəsmi şəkildə özlərini belə adlandırır) Azərbaycan media nümayəndələrinə qarşı yerli (yəni Azərbaycan) və beynəlxalq qanunları pozur. Bununla onlar həm də xislətlərini göstərirlər.
Əslində, Rusiya sülhməramlılarından peşəsindən asılı olmayaraq azərbaycanlılara qarşı normal münasibət gözləmək olmaz.
Əsas odur ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası, təxminən, bir sutkadır davam edir.
Manevr.az
Sülhməramlılar media işçilərinin üzərinə avtomatla gəlir - Video
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















