Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı artıq dözməyəcəyini elan etdi – Türk general

Tarix: 12-12-2022 11:19     Baxış: 4283 A- / A+

Rus sülhməramlıların Qarabağdakı vəzifəsi silahlı toqquşmaların yaşanmaması üçün davamlı yoxlamalar aparmaq, oradan erməni terrorçularını və bölgəyə qanunsuz şəkildə yerləşdirilmiş Ermənistan hərbi birləşmələrini çıxarmaq, eyni zamanda yekun sülh müqaviləsinin imzalanmasına gedən yolda qarşılıqlı etibarı formalaşdırmaqdır.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya verdiyi nota haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General artıq Azərbaycanın səbrinin qalmadığını vurğulayıb:
“Qarabağa müvəqqəti yerləşdirilən rus sülhməramlılar öz kefinə görə yox, hüquq çərçivəsində öz vəzifələrini yerinə yetirməlidir. Lakin 10 noyabr Üçtərəfli bəyanatının imzalanmasının üzərindən 25 ay keçməsinə baxmayaraq, rus sülhməramlıları problemin həllinə köməklik göstərmək yerinə, silahlı erməni terrorçuların bölgədə qalmasına şərait yaradıb. Digər tərəfdən Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşlarının, həm də bəzi terrorçu qrupların Qarabağa giriş-çıxışına səslərini çıxarmırlar. Bunlar sülhməramlı missiyanın vəzifələri ilə ziddiyət təşkil edən və Azərbaycanın səbir kasasını daşıran mövqedir. Ən sonda da dövlətin oraya göndərdiyi monitorinq qrupunun və KİV-in fəaliyyət göstərmələrinə mane oldular. Bunu qəbul etmək mümkün deyil və rus sülhməramlıların artıq tərəfsizliyini itirməsini göstərir. Baş verənlər Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi tərəfindən qeydə alınır və vəziyyətlə bağlı Bakı, Ankara və Moskvaya hesabatlar göndərilir. Dolayısı ilə əgər rus sülhməramlılar sülhün təmin olunması yerinə başqa işlərlə məşğul olmağa davam etsələr, bu, onların statusunu itirməsi və başqa ölkənin ərazisində öz ölkəsinin mənfəəti üçün çalışan hərbi gücə çevrilməsi deməkdir. Xarici İşlər Nazirliyinin verdiyi nota Bakının buna dözməyəcəyini göstərdi. Birdəfəlik anlamalıdırlar ki, baş verənlər qəbuledilməzdir və bu, Rusiyaya və Ermənistana yaxşı heç nə vəd etmir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar