“Rusiya Qarabağdakı sülhməramlı missiyaya yanaşmalara yenidən baxmayacaq”.
Manevr.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ Xalq Tədqiqatları İnstitutunun aparıcı elmi işçisi, politoloq Nikolay Silayev Ermənistanın “The Force Factor” proqramında deyib.
“Azərbaycan ən azı bu ilin əvvəlində necə hərəkət edirsə, indi o cür hərəkət edir. Yəni Ermənistana və Qarabağa “güclü təzyiq” göstərməyə çalışır. Eyni zamanda Qarabağdakı Rusiya sülhməramlılarının onun üçün arzuolunmaz olduğuna eyham vurur.
Bu, tərəflərin Rusiya sülhməramlılarının fəaliyyətini bəyənməsi ilə bağlı bəndlərin olmasına baxmayaraq baş verir. Düşünürəm ki, burada əsas məqam Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının necə inkişaf etməsidir.
Hamı başa düşür ki, bu əməliyyat Rusiyadan böyük səy və vəsait tələb edir. Beynəlxalq münasibətlərin bəzi iştirakçılarına elə gəlir ki, hazırda Rusiyanın diqqəti yayındığı bir vaxtda təzyiqi artırmaq lazımdır. Çünki bu təzyiq artarsa, o zaman Rusiya nə vaxtsa təslim olacaq və sülhməramlı missiyaya yanaşmalarına yenidən baxacaq.
Düşünmürəm ki, belə bir yenidən baxılma mümkün olsun, amma eyni zamanda təzyiqin dayanacağını da gözləmirəm”, – Silayev deyib.
Onun fikrincə, Rusiya ilk növbədə danışıqlar yolu ilə eskalasiya risklərini azaldacaq.
“Belə danışıqlar gedir, çox intensivdir. Amma vəziyyət elədir ki, təzyiqlər, görünür, davam edəcək. Və təəssüf ki, Azərbaycan bu təzyiqin hədlərini, miqyasını və dərəcəsini indi praktikada sınaqdan keçirir. İstəsəm də, nəzəri olaraq nəticələrin nə olacağı sualına cavab verə bilmərəm”, – deyə Silayev bildirib.konkret.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar