Xəbər lenti
İlk addım atıldı – “Yanvarda Laçın yoluna nəzarət bərpa edilə bilər”
Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Gələn ilin yanvarında Azərbaycan “Laçın dəhlizi”ndə gömrük postu quraraq, yola Rusiya sülhməramlıları ilə birgə nəzarət edə bilər. Qənaətimə görə, bununla bağlı Rusiya ilə danışıqlar aparılır. Təbii ki, bunun qarşılığında Rusiyanın da Azərbaycandan istəkləri ola bilər. Amma şərtlərin nə olduğunu demək çətindir. Gedişat isə Azərbaycanın yaxın gələcəkdə Laçın yoluna nəzarəti bərpa edəcəyini göstərir. Rusiya sülhməramlılarının Azərbaycanın tələbi ilə yola mini gömrük postu qoyacağı bu yöndə atılmış ilk addımdır”, - ekspert bildirib.
Məhəmməd Əsədullazadə Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqlarına da diqqət çəkib:
“Ermənistanin Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Azərbaycanla ölkəsi arasında yalnız bir bənd üzrə razılıq əldə edildiyini deyib. Onun sözlərinə görə, iki ölkə arasında diplomatik münasibətlərin Vyana Konvensiyasına uyğun qurulması barədə razılıq əldə olunub. Bu isə o deməkdir ki, ortadakı mətnin digər bəndlərində fikir ayrılıqları var. Daha doğrusu, İrəvan sülh müqaviləsindən yayınmaq üçün süni şəkildə fikir ayrılığı yaratmağa çalışır.
Açıq desək, İrəvan sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Hər dəfə görüşə “yeni istəklər”lə gəlməsi də bununla bağlıdır. Halbuki Ermənistan məğlub ölkə olaraq, sülh müqaviləsinə çoxdan imza atmalı idi. Amma yenə də öz havadarlarına arxayın olan Ermənistan rəhbərliyi pozucu fəaliyyətini davam etdirir, 10 noyabr bəyanatının şərtlərini yerinə yetirmir. Dördüncü bəndi, yəni Qarabağın dağlıq hissəsindəki hərbi qüvvələrinin çıxarılması ilə bağlı müddəanı yerinə yetirməkdən boyun qaçırır.
Ona görə də Azərbaycan konkret və ciddi addımlar atmalıdır. Atacağını da düşünürəm. Zənnimcə, bu dəfə çox gözləməyəcəyik”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar