Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rus sülhməramlıları Qarabağdan vaxtından əvvəl çıxarıla bilər – Politoloq açıqladı

Tarix: 08-12-2022 13:10     Baxış: 4237 A- / A+

                                                                                           


“Düşünürəm ki, Rusiya sülhməramlılarının vaxtından əvvəl bölgəni tərk etməsi ilə bağlı müvafiq qərar verilə bilər. Hər dəfə onlarla bağlı xəbərlərə rast gələndə, istər ekspertlər, istərsə də rəsmi şəxslər "müvəqqəti" sözünü sülhməramlı sözündən öncə qeyd edirlər. Dəfələrlə bəyan olunub ki, sülhməramlı kontinqentin bölgədə məskunlaşması müvəqqəti xarakter daşıyır və keçid dövrü üçün nəzərdə tutulub”.
Manevr.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq qeyd edib ki, Rusiya sülhməramlıları regionda cəmi 5 il müddətində yerləşdiriliblər və 2020-ci ilin 10 noyabr tarixində imzalanmış bəyanata əsasən sülhü təmin etməlidirlər.
 
“Lakin ötən 2 il ərzində sülhməramlıların fəaliyyəti ilə bağlı çoxsaylı nöqsanlar üzə çıxıb. Onlar özlərini regionda olan erməni əsilli şəxslərin himayədarı kimi aparırlar. Son vaxtlar beynəlxalq hüquqdan irəli gələn, sülhməramlılar üçün nəzərdə tutulan fəaliyyətdən kənar bir sıra addımlar müşahidə olunur. Onlar, birbaşa olaraq sülhməramlı mahiyyəti ilə uyğunluq təşkil etməyən bir sıra sosial və kommunal problemlərin həllində erməni əhalisinə yardım edirlər. Təbii ki, bütün bu baş verənlər Azərbaycan tərəfindən diqqətlə izlənilir”.
 
İ.Hüseynovun sözlərinə görə, sülhməramlıların komandanı Andrey Bokov tərəfindən təbii sərvətlərimizin talan olunması və müəyyən elementlərin qaçaqmalçılığı ilə bağlı iddialar mövcuddur: “ Xüsusilə erməni əsilli rusiyalı oliqarx Ruben Vardanyanın regiona yerləşməsindən sonra bu fəaliyyət daha geniş şəkildə hiss olunmaqdadır”,-deyə o, qeyd edib.
Politoloq hesab edir ki, sülhməramlıların bölgəni vaxtından əvvəl tərk etməsi üçün ermənilərin cəmiyyətimizə inteqrasiyası sürətlənməlidir. Biz onlarla münasibətləri normallaşdırmalı, kommunikasiyanı genişləndirməliyik.
İ.Hüseynov rus sülhməramlılarının azərbaycanlı jurnalistlərə qarşı növbəti qanunsuzluğundan da söz açıb. O bildirib ki, bu hadisə böyük narahatlıq doğurur:
“Jurnalistlərin əraziyə buraxılmamasında gətirdikləri əsas arqument bu oldu ki, media nümayəndələri sülhməramlıların komandanı A.Bokovu Azərbaycana mənfi formada təqdim edirlər. Təbii olaraq, əgər Qarabağ ərazisinə iranlı diversantlar, silah-sursat, muzdlular və ən son istehsal olunan minalar daşınırsa, münasibət də mənfi olmalıdır. Qeyd etmək lazımdır ki, 4-cü hakimiyyətin nümayəndələri öz peşə fəaliyyətlərini icra edərkən birmənalı şəkildə azaddırlar. Onlar bş verən bütün hadisələri işıqlandırmalıdırlar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar