Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xocalıda qanunsuz fəaliyyət göstərən “Vallex“ şirkəti kimə məxsusdur? - Araşdırma

Tarix: 08-12-2022 11:38     Baxış: 3278 A- / A+
Rusiya sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdəki ekoloji vəziyyəti yoxlamaq üçün bölgəyə səfər edən ekoloqlarımız Xocalı rayonunun Seyidbəyli kəndi yaxınlığında yerləşən Xaçın mədən və emalı zavoduna da baş çəkiblər.

Manevr.az xəbər verir ki, həmin mədəni qanunsuz olaraq birbaşa “Vallex” şirkətlər qrupu istismar edir.
“Vallex” şirkəti kimindir?
Korporasiya barədə qısa bir araşdırma apardıq.
İşçilərinin sayı və illik qazancı açıq mənbələrdə mövcud olmayan, habelə rəhbərliyinə dair xəsis məlumatların olduğu bu şirkətin baş ofisi İrəvanda yerləşir.
“Vallex” şirkətlər qrupununun rəhbəri Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqı İdarə Heyətinin üzvü, sənaye maqnatı Valeri Mejlumyandır. O, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın hakimiyyəti dövründə keçmiş iqtidarla yaxın münasibətləri ilə tanınıb. Hətta onun iqtidarı dövründə medalla belə təltif olunub.
“Vallex” şirkətlər qrupu bir sıra sahələri əhatə edir: mədən sənayesi, hidrometallurgiya və pirometallurgiya, elmi araşdırma, informasiya texnologiyaları (IT), otelçilik, ekoturizm və s. Korporasiyanın İrəvanla yanaşı, Moskvada da otelçilik və digər biznes fəaliyyəti mövcuddur.
V. Mejlumyanın korporasiyası işğal dövründə Qarabağ və ətraf ərazilərdəki mədənlərlə yanaşı, Ermənistan ərazisində də bir sıra layihələr həyata keçirib. Hazırda isə şirkət qanunsuz olaraq Xocalı rayonu ərazisində fəaliyyət göstərməkdədir./Yenisabah.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar