Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Üç qurumun nümayəndələri XOCALIDA: sülhməramlılarla MÜZAKİRƏ - ŞƏKİLLƏR

Tarix: 07-12-2022 11:37     Baxış: 3241 A- / A+


Üç qurumun nümayəndələri XOCALIDA:  sülhməramlılarla MÜZAKİRƏ - FOTOLENT
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirəcəklər.
Manevr.az-ın məlumatına görə, apa-nın Şuşaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, nümayəndələrin Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutacaq.
Danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılacaq.
Qeyd edək ki, dekabrın 3-də Xocalıda, Rusiya sülhməramlı qüvvələrinin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.Üç qurumun nümayəndələri XOCALIDA:  sülhməramlılarla MÜZAKİRƏ - FOTOLENTÜç qurumun nümayəndələri XOCALIDA:  sülhməramlılarla MÜZAKİRƏ - FOTOLENTÜç qurumun nümayəndələri XOCALIDA:  sülhməramlılarla MÜZAKİRƏ - FOTOLENTÜç qurumun nümayəndələri XOCALIDA:  sülhməramlılarla MÜZAKİRƏ - FOTOLENTÜç qurumun nümayəndələri XOCALIDA:  sülhməramlılarla MÜZAKİRƏ - FOTOLENTÜç qurumun nümayəndələri XOCALIDA:  sülhməramlılarla MÜZAKİRƏ - FOTOLENTÜç qurumun nümayəndələri XOCALIDA:  sülhməramlılarla MÜZAKİRƏ - FOTOLENTÜç qurumun nümayəndələri XOCALIDA:  sülhməramlılarla MÜZAKİRƏ - FOTOLENTÜç qurumun nümayəndələri XOCALIDA:  sülhməramlılarla MÜZAKİRƏ - FOTOLENT



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar