Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq baş inspektor Səfər Mehdiyevi məhkəməyə verdi

Tarix: 30-11-2022 12:31     Baxış: 4220 A- / A+

Dövlət Gömrük Komitəsinin (DGK) sabiq sədri, general-polkovnik Səfər Mehdiyev məhkəməyə verilib.
Manevr.az-ın “qaynarinfo”ya istinadən məlumatına görə, keçmiş sədrlə bağlı məhkəməyə Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı Körpü” gömrük postunun sabiq baş inspektoru Əliyar (şərti) adlı şəxs müraciət edib.O, Səfər Mehdiyevin 18 yanvar 2022-ci il tarixli sərəncamı ilə qanunsuz olaraq gömrük orqanlarında xidmətinə xitam verildiyini iddia edir. Sabiq baş inspektor məhkəmədən Səfər Mehdiyevin onun barəsində verdiyi sərəncamın ləğv edilməsini, Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı Körpü” gömrük postuna yenidən işə bərpa olunmasını, 1 fevral 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Hakimin qərarına əsasən, iddia ərizəsinin məzmunundan və iş materiallarından aydın olur ki, iddia inzibati orqan olan Dövlət Gömrük Komitəsi ilə dövlət qulluqçusu (hərbi qulluqçu) arasında yaranmış hüquq münasibətlərilə bağlı olduğundan, bu mübahisəyə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxıla bilməz. Buna görə də iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab edilib və ərizə sənədlərlə birlikdə iddiaçıya geri qaytarılıb.
İddiaçıya “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üzrə əməkhaqqı” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməli olduğu bildirilib.
Qeyd edək ki, general-polkovnik Səfər Mehdiyev 23 aprel 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilib. 16 iyul 2022-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vəzifəsindən azad olunub.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar