Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycan ordusu “öldü var, döndü yox” prinsipi ilə irəlidədir" - DEPUTAT DANIŞDI

Tarix: 14-11-2022 10:01     Baxış: 3297 A- / A+

“Cənab Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışı çox mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə ölkə rəhbərinin bölgələrə mütamadi qaydada səfəri, orada gedən işlərlə əlaqədar olaraq, müəyyən göstərişlər verməsi həmin bölgənin inkişafına çox böyük töhfə verir”.
Manevr.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov bildirib.
Onun sözlərinə görə, Zəfər günü ilə əlaqədar olaraq Prezidentin baş tutmuş Şuşa səfərində etdiyi çıxışlar bir çox ölkələrə, o cümlədən Ermənistana və Ermənistanın havadarlarına bir mesaj idi: “Cənab Prezident Zəfər günü ərəfəsində bu zəfərə başlanan yoldan Şuşaya qədər gedən yolda baş verən prosesləri çox məharətlə, olduqca gözəl formada şərh etdi. Şuşa zəfərinin başlandığı gün 27 sentyabr 2020-ci il tarixi olub. Ordumuz bu müddət ərzində hər gün yeni ərazilərimizi işğaldan azad edərək, uğurlar qazanıb.
Ermənistan tərəfi isə bu müddət ərzində yalnız məğlub ordu olaraq Azərbaycan tərəfindən gələn güclü əks hücumdan sarsıldılar. Onların bu zaman ərzində 10 mindən çox əsgər və zabit fərarisi olub. Lakin Azərbaycan ordusu isə “öldü var, döndü yox” prinsipi altında öz işlərini çox uğurla həyata keçirdilər.
Bildiyimiz kimi Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, zümrüd qaşıdır. Bura qədim şəhər, alınmaz qaladır. Amma Azərbaycan əsgəri və zabiti o daş və qayalardan keçərək, qarşı tərəfə zərbə endirərək bu zəfəri qazanıblar. Müharibə dövründə Azərbaycanın bütün əli silah tutan vətəndaşları orduya yollanmaq üçün çoxlu sayda müraciətlər etmişdilər. Bu müddət ərzində Azərbaycan xalqı ordunun, Ali Baş Komandanın ətrafında sıx birləşib, birlik nümayiş etdirərək bu qələbəyə çatıblar. Ölkə rəhbəri bunu öz çıxışı zamanı da vurğuladı. Bu qələbəni qazanmaq üçün ölkə bir çox amilləri əvvəlcədən planlaşdırmalı və ona nail olmalıdır ki, o qələbəni qazana bilsin.
Qeyd etmək lazımdır ki, ölkədə daxili sabitlik olmasa iqtisadi inkişafdan da danışmağa dəyməz. Cənab Prezidentin uğurlu daxili siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı güclü təməl üzrə qurulub və çoxşaxəli iqtisadi sistem yaradılıb. Eyni zamanda neftən asılılıq ortadan qaldırılıb və istər qonşu, istərsə də dünyanın bir çox dövlətləri ilə qarşılıqlı əlaqələr qurulub. Bütün bunların nəticəsində də ölkəmizdə yaşayan əhalinin sosial rifahı yaxşılaşdırılmış və ordu müasir silah və sursatlarla təmin edilmişdir. Eyni zamanda gənclərimizin yaxşı təhsil alması və vətənpərvər ruhda tərbiyə edilməsi vacib amillərdən biri idi. Əgər gənclərimiz vətənpərvər ruhda tərbiyə olunmasaydılar bu uğurlardan danışmaq da mümkün olmazdı. Bundan əlavə ölkədə birlik və sabitliyin yaranması üçün dövlətimiz çox uğurlu və məqsədyönlü siyasət həyata keçirib. Bunun nəticəsi olaraq da 2020-ci il 27 sentyabrda başlanmış müharibə Şuşanın işğaldan azad edilməsi ilə başa çatmışdır. Şuşa şəhəri işğaldan azad edildikdən sonra 10 noyabr tarixində üçtərəfli kapitulyasiya aktı imzalanmışdır. Kəlbəcərin, Laçının və Ağdamın bir hisəsi heç bir güllə belə atmadan Azərbaycana təhvil verildi. Bu Azərbaycan ordusunun və Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbənin nəticəsidir. Onlar müharibə dövründə Azərbaycanın ordusunun gücünü çox yaxşı anlayıblar.
Bununla bağlı imzalanmış 10 noyabr bəyannaməsində əks olunan bir çox maddələri bu günə qədər də Ermənistan öz üzərinə düşən öhdəliklər olaraq yerinə yetirməyib. Cənab Prezident də çıxışı zamanı sırf bu məqamlara toxundu. Azərbaycanın bu gün güclü ordusu var. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə sürətlə quruculuq işləri aparılır. Uğurlu siyasət nəticəsində dünyada gedən proseslərə baxmayaraq iqtisadiyyatımız da günü-gündən inkişaf edir. Yaxşı olar ki, Ermənistan artıq bütün bunlardan nəticə çıxarsın. Bundan sonra törətdikləri təxribatlar zamanı ala biləcəkləri zərbəni götür-qoy etsinlər. Nəticə etibarı ilə isə imzalanmış bəyanatlarda göstərilən maddələrin icrasını vaxtında təmin etsin”.

Səbinə Hüseynli

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar