Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda şəhid Elnur Allahverdizadənin anım günü keçirilib

Tarix: 09-11-2022 22:10     Baxış: 3365 A- / A+
Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Elnur Allahverdizadənin anım günüdür. 
Bu münasibətlə  Milli Məclisin deputatı Müşfiq Məmmədli, Bakı Slavyan Universitetinin rektoru hörmətli Anar Nağıyev,  qəhrəman şəhidimizin ailə  üzvləri, qohumları və dostları Sumqayıtdakı şəhidlər xiyabanında olub, Elnurun xatirəsini hörmətlə anıblar. Daha sonra şəhidin ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak edib, onun həyat yoluna nəzər salıblar. 
Qeyd edək ki, Elnur Allahverdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü topçu olaraq iştirak etmişdir. Ağdamın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Allahverdizadə 7 noyabr 2020-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.8 noyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elnur Allahverdizadə ölümündən sonra "Vətən uğrunda",  "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar