Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şuşada DOST Agentliyinin yeni mərkəzi açılacaq

Tarix: 01-11-2022 15:09     Baxış: 3268 A- / A+
Gələn ilin yanvarında Şuşada DOST Agentliyinin yeni mərkəzi açılacaq.
Manevr.az xəbər verir ki, bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.
Palata hesab edir ki, DOST Agentliyinə ayrılan vəsaitin həcminin artırılması fonunda Fondun saxlanılması üzrə xərclərdə də artımların baş verməsi Fond və DOST Agentliyi tərəfindən fəaliyyət istiqamətlərinin optimallaşdırılmaqla daha effektiv müstəvi üzərində formalaşdırılmasına zərurət var.
Cari ilin büdcəsinə dair qanunda olduğu kimi, Fondun növbəti il üzrə büdcəsinə dair Layihədə də DOST Agentliyinə köçürələcək vəsait ilə pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərci eyni bölmədə verilib. Növbəti ildə bu istiqamətdə xərc ediləcək vəsait 60,5 mln. manat həddində müəyyənləşdirilmişdir ki, bu da cari ilin proqnoz göstəricisindən, eləcə də ilin sonuna gözlənilən icradan 10,5 mln. manat və ya 21% çoxdur.
Layihə ilə birlikdə təqdim edilmiş İzahata əsasən növbəti ildə “DOST” Agentliyinə köçürüləcək vəsait 35,0 mln. manat olaraq proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisindən 16,7% (5 mln. manat) çoxdur. Göründüyü kimi, məcburi dövlət sosial sığorta haqlarından formalaşan gəlir hesabına olmaqla DOST Agentliyinə köçürülən vəsait əvvəlki illərdən başlayaraq artım tempinə malikdir.
Təqdim edilən məlumatda DOST Agentliyi üzrə xərclərin artımı 2023-cü ilin yanvar ayında Şuşa şəhərində, iyul ayında Ağcabədi, Yevlax, Neftçala, Beyləqan rayonlarında və Şirvan şəhərində, dekabr ayında isə Quba, Sabirabad, Gəncə, Ağdam, İmişli, Saatlı, Şabran, Siyəzən rayonlarında və Sumqayıt şəhərində yeni mərkəzlərin açılmasının nəzərdə tutulması ilə əlaqələndirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar