Xəbər lenti
Bu gün beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri baş tutacaq
Bu gün "Türkiyə Gəzginlər Klubu” dərnəyinin – beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri baş tutacaq.
Manevr.az-ın xəbərinə görə, beynəlxalq səyahətçilərin səfəri üç gün davam edəcək.
Onlar üç gün ərzində avtomobil yolu ilə Bakı-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl (Xudafərin)-Bakı marşrutu üzrə hərəkət edəcək, işğaldan azad olunmuş ərazilərdə 30 il ərzində törədilən erməni vəhşiliyinin izləri, eyni zamanda işğalın sona çatdırılması ilə Azərbaycanın bu ərazilərdə apardığı bərpa-quruculuq işləri ilə tanış olacaqlar.
Xatırladaq ki, səfər azad edilmiş ərazilərin "black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə, 4 dəfə böyük heyətlərlə səfərlər təşkil edilib. Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, bu dəfəki heyətə "Türkiyə Gəzginlər Klubu"nun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir."Report”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar