Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qubadlının işğaldan azad edilməsindən 2 il ötür

Tarix: 25-10-2022 13:40     Baxış: 2435 A- / A+
Şanlı Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində elə həmin ilin oktyabrın 25-də Qubadlının işğalına, öz yurd-yuvalarından uzaq düşən həmvətənlərimizin 27 illik həsrətinə  son qoyuldu. 
Hər birimizin sevincinə səbəb olan bu xəbəri Ali Baş Komandan oktyabrın 25-də özünün tvitter hesabından elan etməklə bildirdi.
Oktyabrın 26-da  dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqladı, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan etdi.
Qubadlı uğrunda gedən döyüşlər zamanı Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirdi. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açıldı, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başladı.
İndi Qubadlıda onun öz sahibləri, bizlər varıq. Digər azad olunmuş rayonlarda olduğu kimi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə abadlıq quruculuq işləri davam edir və edəcəkdir.  Bizi qarışda 31 avqust 1993-cü ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və işğal müddəti ərzində ermənilər tərəfindən dağıdılmış tarixi, dini, mədəni abidələrin, yaşayış və digər infrastrukturların bərpası gözləyir. Bu yolda da hər birimiz ölkə rəhbərinin ətrafında sıx birləşməli, vətənimizin abad olmasından ötrü əməyimizi maksimum sərf etməliyik. Yaşasın Azərbaycan!

Müşfiq Məmmədli
Milli Məclisin deputatı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar