Xəbər lenti
Bakı Xankəndi ilə danışıqlar aparır? - Mühüm açıqlama
“Bir neçə gün öncə Praqa sammitində bu sual Azərbaycan Pezidenti İlham Əliyevə verilmişdi. Dövlət başçısı açıqlamasında bildirmişdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və biz istədiyimiz vaxt onlarla danışacağıq. Düşünürəm ki, bu, açıq mesaj idi ki, onlarla danışmaq yalnız bizim istəyimizə bağlıdır”.
Siyasi analitik Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın Qarabağ separatçılarının nümayəndə heyəti ilə keçirilən görüşdən sonra səsləndirdiyi fikirlərə münasibət bildirib.
Xatırladaq ki, A.Simonyan açıqlamasında qeyd edib ki, rəsmi Bakı artıq bir çox məsələlərdə Xankəndi ilə məsləhətləşmələr aparır.
Öz növbəsində, S.Hümbətov izah edib ki, biz bu günə qədər - 30 il ərzində separatçı rejimi özümüzə bir tərəfdaş kimi qəbul etməmişik:
“Çünki Qarabağın işğalı prosesində bilavasitə Ermənistan iştirak edib. Ona görə də bu günə qədər siyasi ədəbiyyatlar, dərsliklər və kitablarda “Ermənistan-Azərbaycan: Dağlıq Qarabağ münaqişəsi”, yaxud “Qarabağ münaqişəsi” terminləri işlədilib. Burada “Artsax”, eləcə də digər bir anlayış olmayıb.
O ki qaldı Simonyanın dediklərinə, əlbəttə ki, onun bu cür açıqlama verməsi düşünürəm ki, təxribatçı bir addımlardır. Digər bir tərəfdən isə rəsmi Bakının hansısa bir formada xüsusi xidmət orqanları vasitəsilə Qarabağda görüş keçirməsidə qeyri-adi bir şey yoxdur. Əslində, onlar Azərbaycan vətəndaşlarıdır və gec-tez suverenliyimiz altında yaşamağa məcburdurlar, məhkumdurlar. İstəmirlərsə, gedə bilərlər”.
BMDAM sədri aydınlaşdırıb ki, Simonyanın verdiyi bu açıqlamalar bir növ dezinformasiya xarakteri daşısa da, o biri tərəfdən, bu rəsmi Bakının tam hüquqlarına aiddir:
“Qarabağda yaşayan ermənilər bizim öz vətəndaşlarımızdır və Azərbaycan dövləti necə istəyirsə, onlarla elə də danışır. Hətta yadınızdadırsa, Sərsəng su anbarının mühafizəsi ilə bağlı məsələlərdə, habelə oraya baxış keçirilməsində Azərbaycan nümayəndə heyəti ilə bərabər həmin ərazidə yaşayan Qarabağ erməniləri də iştirak etdilər. Yəni bu proses olub və burada qeyri-adi bir şey yoxdur.
Lakin məsələ burasındadır ki, belə bir zamanda Simonyanın belə bir açıqlama verməsi hesab edirəm ki, həm öz cəmiyyətlərinə manipulyasiya etməkdir, həm də öz aləmlərində guya Azərbaycan cəmiyyətinə təsir etməkdir ki, Bakı danışıq aparır və s. Lakin həqiqət bundan ibarətdir ki, rəsmi Bakı hələ ki danışıqları daha çox Ermənistanın özü ilə aparır və əgər ehtiyac olarsa, Qarabağda yaşayan erməni əhalimizin şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələləri yerindəcə rəsmilərimiz öyrənəcək və maraqlanacaq. Necə lazımdırsa, onların Azərbaycana adaptasiyasının hansı formada keçirilməsi, psixoloji işin aparılması məsələsi Azərbaycan rəsmi nümayəndələri, məmurlar tərəfindən həyata keçiriləcək və burada qeyri-adi heç nə yoxdur”.
“Sadəcə olaraq, burada qeyri-adi olan bir məsələ var ki, Simonyan niyə bu formada açıqlama verib? Bu isə ondan xəbər verir ki, deməli, Ermənistandakı indiki hakimiyyət vəziyyəti dərk etməyə başlayıb və artıq Qarabağın onlara aid olmadığını da anlayır. Eyni zamanda Qarabağ ermənilərinin də gec-tez Azərbaycanın suverenliyində yaşayacağını dərk edir və ona görə də bu cür açıqlamalarla bir növ gündəmi formalaşdırmağa çalışır”, – politoloq fikirlərini tamamlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar