Xəbər lenti
Erməni politoloq: "Gələn ay MÜHARİBƏ başlayacaq"
"Noyabr ayında Azərbaycan ilə Ermənistan arasında böyük hərbi münaqişə başlayacaq. Hazırda hər iki tərəf hazırlıq işləri görür. Sərhəddə ara-sıra baş verən atışmalar da bunun göstəricisidir".Bu sensasion proqnozla tanınmış erməni siyasətçi Armen Baqdasaryan çıxış edib.
Onun sözlərinə görə, əgər məsələ diplomatik masada həllini tapmasa, gələn ay yeni müharibə başlaya bilər:
“Hadisələrin gedişatı məhz buna dəlalət edir. Bizi yeni müharibə gözləyir. Azərbaycanın səbri tükənib və əgər məsələ diplomatik masada həllini tapmasa, gələn ay yeni müharibə başlaya bilər. Aydındır ki, avropalıların öz maraqları var, ona görə də biz onlara arxalana bilmərik. Biz buna ümid belə edə bilmərik, çünki Qərbin Azərbaycanın qarşısına qoya biləcək heç bir mexanizmi yoxdur. Rusiya da bizi dəstəkləməyəcək. Kreml daha ağrılı cavab verəcək, çünki bilir ki, ABŞ bizim regionda yalnız öz maraqlarına uyğun fəaliyyət göstərir, bu ölkənin marağı isə yalnız birdir: Rusiyanı regionumuzdan sıxışdırıb çıxarmaq üçün əlindən gələni etmək”, - deyə erməni ekspert qeyd edib.sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































