Belə ki, bu yaxınlarda Arayik paytaxt İrəvanda olmasına baxmayaraq, Təhlükəsizlik Şurasının iclasına dəvət olunmayıb. Məsələ burasındadır ki, Arayik bundan əvvəl dəfələrlə Ermənistan Təhlükəsizlik Şurasının iclasına qatılıb. Erməni mətbuatı Arayik Arutyunyanın Praqa görüşünün müzakirə olunduğu Təhlükəsizlik Şurasının iclasına niyə çağırılmadığı sualına cavab axtarır.
"Hraparak” qəzetinin irəli sürdüyü versiyaya görə, Paşinyan Arayikə qarşı bu yanaşma ilə Azərbaycan rəhbərliyini inandırmağa çalışır ki, Qarabağ mövzusu rəsmi İrəvan üçün artıq bağlıdır.
“İstisna deyil ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Nikol Paşinyandan təkcə Qarabağa getməmək deyil, həm də “Artsax rəsmiləri”ni qəbul etməmək, birgə iclaslar keçirməmək barədə birbaşa tələbidir”,- deyə qəzet qeyd edib.
Erməni mediasında yazılanlar onu deməyə əsas verir ki, Arutyunyan tək "postunu" deyil, həm də Qarabağı tərk etməli olacaq.

Məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin Kəlbəcərdən seçilən deputatı Aqil Məmmədov bildirib ki, ermənilərin gördüyü işlər barədə əvvəldən proqnoz vermək çətin məsələdir. Çünki onlar sözdə başqa, əməldə başqadırlar.