Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan elə bir sənədə qol çəkdi ki... - Bu ərazilər Azərbaycana veriləcək

Tarix: 08-10-2022 11:36     Baxış: 4265 A- / A+




"İndiyə qədər Azərbaycanın sülh təşəbbüsünə erməni lobbiçilərinin, təbliğatçılarının və revanşistlərinin reaksiyası isterik və pozucu olub".
Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
O bildirib ki, Ermənistan Fransa və digər beynəlxalq birlik üzvlərinin şahidi olduğu bir qərara imza atdı:
"Erməni lobbiçiləri, revanşist qüvvələr sülh və inteqrasiya potensialını mənimsəməkdən və sərhədlərə hörmətlə bağlı qarşılıqlı öhdəliyi qeyd etməkdənsə, bu qeyri-müqəddəs ittifaq mediada "sülhün" sonunu və Ermənistanın müstəqilliyinə təhdid yaradacaq çıxışlar, bəyanatlar, addımlarla yadda qalırlar. Heç kim Paşinyanı Praqadakı dördtərəfli sülh danışıqlarında iştiraka məvbur etməyib. Bəziləri Rusiyanın bu vəziyyətə Ermənistan-Azərbaycan münasibətlərinə siyasi müdaxiləsinin açıq-aşkar sona çatmasından təəssüfləndiklərini belə gizlədə bilmirlər.
Ehtimal etmək olar ki, eyni səsləri, şikayət etmək məqsədilə tutarlı səbəblər tapmaq üçün mediada öz zəifləyən təsirlərini saxlamaq üçün destruktiv fəaliyyətə davam edəcəklər. Çox güman ki, onlar Ermənistana əlavə gələcək təxribatlar üçün təzyiq etməyə davam edəcəklər, lakin Paşinyan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə bağlı ictimai öhdəlik götürdükdən sonra məsuliyyətdən boyun qaçırmaqda çətinlik çəkəcək.
Bu məqamda Ermənistandan üçtərəfli razılaşmaya uyğun olmayan hər yerdən qoşunlarını çıxarmağı tələb etmək lazımdır. İndiki məqamda bu, Ermənistanın etimadı məsələsi deyil, daha çox Aİ və digər beynəlxalq birlik üzvlərinin şahidi olduğu beynəlxalq bir qərardır ki, Ermənistan onu pozmağa cəhd edərsə, mübahisə etmək olmaz. Çünki Bakı bundan sonra nə addım atsa, haqlı görünəcək".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar