Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksi inşa ediləcək

Tarix: 04-10-2022 21:05     Baxış: 3320 A- / A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərində Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Manevr.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleks barədə məlumat verilib.Bildirilib ki, iki mərtəbə və terrasdan ibarət olmaqla layihələndirilən kompleksə dəmir yolu vağzalı və avtovağzal daxildir. Kompleks vahid nəqliyyat qovşağı şəklində milli arxitektura üslubunda dizayn edilib. Eyni zamanda, kompleksin tikintisində milli ornamentlər əsas götürülməklə, şüşə elementlərdən geniş istifadə olunacaq. Kompleks Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək.
Qeyd olunub ki, kompleksdə gözləmə zalları, bilet kassaları, tibb və polis məntəqələri, ana və uşaq otağı, əl yüklərini saxlama kamerası, texniki otaqlar, mağazalar, uşaqlar üçün əyləncə zonası, restoran və istirahət guşələri yaradılacaq.
Prezident İlham Əliyev kompleksin təməlini qoyub.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar