Xəbər lenti
Daşaltı necə azad olunub? - Tehran Mənsimov AÇIQLADI

Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Dəstəsini zabiti olan Tehran Mənsimov sözügedən sənədli filmdə Daşaltı əməliyyatından bəhs edib:
“Xüsusi təyinatların itkisiz irəliləməsi üçün Daşaltıya hücum etməli, düşmənin Şuşadan, Xankəndidən, Laçın yolu istiqamətindən gələ biləcək qüvvəsini üzərimə çəkməliydim. Bundan başqa, XTQ-yə şərait yaratmalı idim ki, yolu tutduqdan sonra, təyin olunmuş həddə Şuşanın ətrafına yerləşsinlər. Nəticədə onlar arxadan, mən isə Daşaltıdan Şuşaya daxil olmalı idim. Dolu əvəzinə, güllə yağırdı. Düşmən bütün artilleriya vasitələrindən istifadə edirdi. Təsəvvür edin, hava hücumundan müdafiə vasitəsiylə insana atəş açırdılar, adam rəsmən tikə-parça olurdu. Daşaltının üstündəki bütün qayalarda güllə izi var. Mən Azərbaycan oğullarının nəyə qadir olduğunu, nə edə biləcəklərini gördüm”.
Qeyd edək ki, noyabrın 4-də Şuşa-Laçın yolu xüsusi təyinatlı bölmələr tərəfindən tutulub. (“qafqazinfo”)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar