Sizin Reklam Burada
Xəbər lenti
20-09-2024
19-09-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın ərazi bütövlüyünə əsas təhlükə BU DÖVLƏTLƏRDİR - Rusiyadan ŞƏRH

Tarix: 16-09-2022 17:18     Baxış: 3305 A- / A+


"Kreml Ermənistan-Azərbaycan münaqişəsinin beynəlmiləlləşdirilməsi ilə bağlı İrəvanın xarici siyasətindən kəskin narazıdır".
Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.
O bildirib ki, ABŞ Qarabağ ermənilərinə subyektivlik verəcəklərini vəd edib:
"Bir neçə ay əvvəl Sergey Lavrov erməni həmkarı Ararat Mirzəyana açıq şəkildə bildirdi ki, köhnə formatda ATƏT-in Minsk Qrupu yoxdur, yəni Rusiya münaqişəni şişirtmək cəhdlərinin əleyhinədir. Kremlə məlumdur ki, Təhlükəsizlik Şurasının katibi, Amerika Universitetinin məzunu Armen Qriqoryanın vasitəsilə sülh müqaviləsinin imzalanmasını ləngitmək üçün Amerika administrasiyası ilə gizli danışıqlar aparılır.
Moskva onu da bilir ki, ABŞ Ermənistanın siyasi elitasına Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın mümkün uğursuzluğuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamamaq üçün manevrlər etməyi tapşırır. Bundan sonra amerikalılar Qarabağ ermənilərinə subyektivlik verəcəklərini vəd ediblər.
Beləliklə, biz müxtəlif sivilizasiyaların və mədəniyyətlərin deyil, əks siyasi sistemlərin toqquşmasının şahidi oluruq. Qərbin nəzərində Ermənistan "demokratik alyansın", Azərbaycan isə Rusiyanın başçılıq etdiyi düşmən mövqenin bir hissəsidir. Deməli, Azərbaycanın ərazi bütövlüyünə əsas təhlükə bəzi təbliğatçıların düşündüyü kimi Rusiya yox, ABŞ və onun Avropadakı tərəfdaşlarıdır".
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftə sonu Ermənistana səfər edəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar