Xəbər lenti
“Həmin yüksəklikləri nəzarətə götürmək vacib idi” - Polkovnik
Nəzarətə götürülmüş yüksəkliklər Azərbaycan üçün gələcəkdə hansı üstünlüklər vəd edir?
Manevr.az-ın xəbərinə görə, hərbi eksper, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev yenisabah.az-a açıqlamasında deyib ki, təxribatların səbəbi ilə əlaqədar kifayət qədər açıqlama var:
“Nəticə etibarilə Azərbaycan silahlı qüvvələri Kəlbəcər, Laçın və Zəngilan istiqamətində olan mövqelərini strateji yüksəkliklərə dislokasiya etmiş oldu. Gələcəkdə təhlükəsizliyimizi təmin etmək üçün həmin yüksəklikləri nəzarətə götürmək vacib idi. Sözügedən yüksəklikləri nəzarətə götürrmək müqabilində nə baş verəcək? Döyüş mövqeləri yeni mövqelərə dislokasiya edildikdə qarşı tərəfin əməliyyat bölgəsi texniki vasitələrlə müşahidə olunacaq. Yeni mövqelər lazım olduqda onları atəş altında saxlamaq və adekvat tədbirlər görmək baxımından çox əhəmiyyətlidir.
Sərhəd xətti hələ də təyin olunmayıb. Heç bir zaman Azərbaycan ordusu Ermənistanın ərazisi sayılan bölgələrdə cəza tədbirləri həyata keçirməyib. Onlarda belə bir düşüncə yaranmışdı ki, Ermənistan KTMT-nin üzvüdür və Azərbaycan çəkindiyi üçün törədilən təxribata cavab verməyəcək. Azərbaycan atəş açılan mövqenin harda olmasından asılı olmayaraq onları susdurmağa qadir olduğunun mesajını verdi”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar