Xəbər lenti
Deputat: Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılmalıdır

Bunu Ermənistanın Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində təxribatlarını şərh edən Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Millət vəkili hesab edir ki, Ermənistanın yüksək çinli rəsmi şəxslərinin verdikləri açıqlamalara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində hələ də mövcuddur: “Hələ də Azərbaycanın suveren ərazilərində qanunsuz erməni hərbi birləşmələri ilə birgə fəaliyyətini davam etdirir. Eyni zamanda Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın otuz illik işğalının nəticəsi olaraq, genişmiqyaslı və çətin humanitar mina təmizləmə fəaliyyəti aparılır. Amma buna baxmayaraq Ermənistan tərəfindən yenə də Azərbaycan ərazilərində qəsdən mina basdırılması əməlləri davam edir”.
Aqil Məmmədov Ermənistanın hərbi-siyasi rəhbərliyinin hərbi avantüralarının qəsdən regionda vəziyyəti gərginləşdirməyə hesablandığını söyləyib: “Məqsəd sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmaq, 10 noyabr 2020-ci tarixli üçtərəfli bəyanat üzrə öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaqdır. Bununla yanaşı Ermənistan tərəfi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq layihələrini ləngitmək niyyətindədir. Qarşı tərəf bu cür gərginlik yaratmaqla Ermənistan əhalisini və beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edir”.

Millət vəkili Cavid Osmanov hesab edir ki, Ermənistan bir dövlət olaraq heç vaxt götürdüyü öhdəliklərə sadiq olmayıb: “Son Brüssel görüşündə əldə edilən razılaşmalara da Ermənsitanın necə riayət etdiyini dünya ictimaiyyəti bir daha görmüş oldu. Çünki bu dövlət regionda sülh və təhlükəsizliyin olmasında maraqlı deyil. Müəyyən dairələrin və qüvvələrin əlində oyuncaq olan Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək istəmir”.
Deputat qeyd edib ki, hazırda yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: “Qarşı tərəf heç vaxt bir dövlət kimi məsuliyyətini dərk etməyib. Gərginlik yaratmaq və bunun fonunda hansısa ümidlərə qapılmaq Ermənistan dövlətinin çoxdankı xislətidir. Onlar düşünür ki, kimlərsə belə şəraitdə prosesə qoşula bilər. Amma növbəti dəfə yanılırlar. Bu gün Cənubi Qafqazda güc faktoru və prosesləri diktə edən tərəf Azərbaycandır. Azərbaycanın hərbi-siyasi gücü qarşısında Ermənistan və onun havadarlarının bu bölgədə yenidən gərginlik yaratmaq cəhdləri baş tutmayacaq. "Dəmir yumruq" yerindədir. Ermənistan hər təxribatında aldığı cavabla "Dəmir yumruğ"un hər an onun istənilən riyakar davranışına qarşı zərbə olacağını birdəfəlik dərk etməlidir”.
Cavid Osmanova görə, Azərbaycan Ordusu hər zaman olduğu kimi Ermənistanın təxribatlarının, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə olan təhlükələrin qarşısını almaq üçün zəruri tədbirlər görür: “Bütün bunlar ona dəlalət edir ki, Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona yaradılmalıdır. Əks təqdirdə Ermənistanın bu kimi təxribatları davam edəcək. Eyni zamanda Ermənistan sülhə məcbur edilməlidir. Bütün bunlarla yanaşı Ermənistanda revanşizmin baş qaldırmasına imkan vermək olmaz”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Təqvim
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar