Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Qubanın 4 kəndində elektrik şəbəkəsi yenidən quruldu - Video

Tarix: 12-09-2022 12:57     Baxış: 4343 A- / A+
Qubanın 4 kəndində elektrik şəbəkəsi yenidən quruldu“Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.
Manevr.az xəbər verir ki, Quba rayonunun 4 kəndinin elektrik şəbəkəsi yenidən qurulub, 2 kəndində işlər davam edir.
Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Qubanın Tülər düzü və Tülər kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
Yenidənqurma işləri çərçivəsində Tülər düzü və Tülər kəndlərində ümumilikdə 7 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 6 km-a yaxın 10 kV-luq, 16 km-dan çox 0,4 kV-luq elektrik xətləri yenilənəcək. Nəticədə 1000-ə yaxın sakin keyfiyyətli elektrik enerjsi ilə təmin olunacaq.
Qubanın 4 kəndində - Aşağı Tüləkəran, Yuxarı Tüləkəran, Suxtakələ və Əski-İqriq kəndlərində isə işlər yekunlaşıb. Artıq yeninlənmiş şəbəkə abonentləri keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edir.
1000-dən artıq sakini olan 4 kənddə ümumilikdə, ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 7 km-a yaxın 10 kV-luq, 14 km-dan artıq 0,4 kV-luq elektrik xətti yenilənib. Abonentlərin sayğacları dəyişdirilib.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. Mərhələli şəkildə kəndlərin, xüsusilə ucqar ərazilərin elektrik şəbəkəsi tam yenilənir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar