Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qriqoryanı Xankəndiyə gətirən səbəblər - TƏFƏRRÜAT

Tarix: 04-09-2022 10:31     Baxış: 3323 A- / A+

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 2-də Qarabağdakı qondarma qurumun saxta bayramı münasibətilə Xankəndiyə gəlib.
Ermənistan rəsmisinin Azərbaycan ərazilərinə qanunsuz səfəri birmənalı qarşılanmayıb. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanınn Brüsseldə keçirilən görüşündən sonra Armen Qriqoryanın Xankəndiyə gəlməsi media və ictimaiyyətdə ciddi suallar doğurub. 
Maraqlıdır, Qriqoryanı Xankəndiyə hansı səbəblər gətirib?
Manevr.az xəbər verir ki, bu barədə danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu düşünür ki, Qriqoryanın səfərinin məqsədi yalnız separatçıların 2 sentyabr “müstəqillik” tədbirləriylə bağlı deyil.

"Baş nazir Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra Xankəndiyə gəlməyib. Çünki bilir ki, bu qanunsuz səfər bölgədə gərginliyi artıra bilər. Ancaq ola bilər ki, Paşinyanın mövqeyi dəyişib və yeni yolun çəkilişindən sonra Xankəndiyə gəlmək haqqında düşünür. Armen Qriqoyanın Qarabağa gəlişi nəbz yoxlamasıdır və mümkündür ki, Paşinyanın gəlişinə hazırlıq məqsədi daşıyır. Ərazimizə belə bir qanunsuz səfər barədə düşünürlərsə, yolu rahat keçmək üçün Moskvadan icazə almalı olacaqlar. Moskvanın icazəsi Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaradacaq. Paşinyanın gəlişi böyük riskdir, ancaq “gəlməz” - deyib bu versiyanı bəri başdan rədd edə bilmərik" - deyə politoloq vurğulayıb.
 
Qeyd edək ki, rəsmi Bakı Armen Qriqoryanın Xankəndi şəhərinə qanunsuz səfərinin Azərbaycana qarşı növbəti təxribat olduğunu bəyan edib./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar