Nəticədə Rusiya sülhməramlılarının Qarbağdakı nəzarət postlarının sayı 27-dən 25-ə düşüb. Lakin bir neçə gün sonra dərc olunan bülletendə postların sayının 30-a çatdığı diqqətdən yayınmayıb.
Bəs, Rusiya sülhməramlılarının postlarının sayını artırmasına səbəb nədir?
Manevr.az bizim.media-ya istinadən bildirir ki, sualı cavablandıran hərbi ekspert Ədalət Verdiyev hazırda Rusiya sülhməramlılarının həm keçmiş Laçın yolunda, həm də yeni alternativ yolda funksiyalarını yerinə yetirdiklərini açıqlayıb:
"Bu da onlardan postların sayının artırılmasını tələb edir. Hesab edirəm ki, bu, böyük ehtimalla, həm Azərbaycan, həm də Rusiya komandanlığı arasında razılaşdırılmış prosesdir".
Ədalət Verdiyev əlavə edib ki, sülhməramlı postlarının sayının artırılması heç də Qarabağda erməni təxribatlarının qarşısının alınmasına kömək etməyib:
"Biz sentyabrın 2-də Armen Qriqoryanın, böyük ehtimalla, yeni yolla Xankəndinə səfər etməsinə şahidlik etdik. Ona görə də, hesab edirəm ki, bu məsələlərdə Azərbaycan mümkün təxribatların və qeyri-qanuni səfərlərin qarşısının alınması üçün rusların nəzarətindən əvvəl öz ordumuzun vasitəsilə nəzarəti təmin etməlidir. Rusların işi isə yalnız atəşkəsə nəzarət etməkdən ibarət olmalıdır"