Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Qanlı kaha” filminin çəkilişləri başa çatıb - ŞƏKİLLƏR

Tarix: 03-09-2022 20:02     Baxış: 3371 A- / A+


“Qanlı kaha” filminin Başlıbel kəndi ərazisində çəkilişləri başa çatıb.

Manevr.az
xəbər verir ki, Azərbaycan Dövlət Televiziyasının “Telefilm” Yaradıcılıq Studiyası tərəfindən hazırlanan sənədli-bədii film 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində mühasirədə qalmış sakinlərin başına gələnlərdən, erməni silahlı birləşmələrinin dinc əhaliyə qarşı törətdiyi kütləvi qətliamdan bəhs edir. Yaradıcı heyət hadisə şahidlərinin iştirakı ilə 10 gün ərzində Başlıbel kəndindəki sığınacaqların demək olar ki, hamısında çəkilişlər aparıb.

Filmin ssenari müəllifi araşdırmaçı-jurnalist, “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov, rejissoru isə Pərviz Həsənovdur. Yeni ekran əsərinin bu ilin noyabrında təqdimat mərasiminin keçiriləcəyi və AzTV-nin efirində yayımlanacağı planlaşdırılır.

Xatırladaq ki,  1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət edib və tamamilə yandırıblar. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. İşğalın ilk günlərində kəndə soxulan erməni quldurları müxtəlif ərazilərdə 7 nəfəri amansızcasına qətlə yetirib. Aprelin 18-də isə Ermənistan silahlı qüvvələrinin avtomat və iri çaplı silahlarla silahlanmış bölmələri mülki şəxslərin sığındığı kahaların yerini aşkarlayaraq mağaraları atəşə tutub. Bu zaman silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər kahalarda qətlə yetirilib. Hücum nəticəsində 10-u qadın və uşaq, 4-ü kişi olmaqla 14 nəfər girov götürülüb. Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə mayın 12-də qətliamın törədildiyi kahalara yaxınlaşaraq burada qəbirlər qazmaqla şəhidləri paltarlı vəziyyətdə dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar. Onlar iyulun 22-də gizli yollarla Kəlbəcərdən Daşkəsən rayonuna keçməklə 113 gün davam edən mühasirədən qurtula biliblər...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar