Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan avtomobilləri yeni alternativ yoldan niyə keçir?” - Ermənilərin yeni “dərdi”

Tarix: 03-09-2022 19:53     Baxış: 3299 A- / A+

“Azərbaycan avtomobilləri yeni alternativ yoldan niyə keçir?” – Qəribə sualdır… Azərbaycan öz torpağında öz hesabına yol çəkib, yoldan istifadə üçün ermənilərdən icazə almalıdır..? Çox absurd və gülünc “fikir” ancaq ermənilərin ağlına gələ bilər.
Manevr.az xəbər verir ki, Qarabağ ilə Ermənistanı birləşdirən dəhlizdən Azərbaycan avtomobillərinin yeni marşrut üzrə keçməsi erməniləri narahat edib. Onlar bu barədə Qarabağdakı qondarma quruma yazılı sorğu göndəriblər.
Qondarma qurumdan verilən məlumata görə, azərbaycanlı sürücülər keçmiş marşrut üzrə dislokasiya və yeni marşruta köçürülən sülhməramlı qüvvələrin dayaq məntəqələrinin köçürülməsi işində iştirak ediblər. Bütün bunlar razılaşdırılıb.
Qeyd edək ki, sentyabrın 1-də Ermənistandan Qarabağa gedən çəkiliş qrupu yeni alternativ müvəqqəti yoldan Azərbaycan avtomobillərinin də keçdiyini qeydə alıb və bu xəbər erməniləri təşvişə salıb.
Xatırladaq ki, avqustun 30-dan etibarən Qarabağdan Ermənistana alternativ marşrutla hərəkət həyata keçirilir. Yol tam asfaltlanıb. Əsas yolun Qarabağdan keçən hissəsinin tikintisini Azərbaycan tərəfi həyata keçirib, tikinti iyulda başa çatdırıb. Avqustun 4-də başlayan yolun Ermənistan hissəsinin isə gələn ilin yazında başa çatdırılması planlaşdırılır./Konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar