Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ölülərin qızıl dişləri çıxarılıb - Deqati Laçından video paylaşdı

Tarix: 03-09-2022 18:30     Baxış: 4251 A- / A+
Məşhur fotojurnalist Reza Deqati Azərbaycanın nəzarətinə keçən Laçın şəhərində olub.
 
Manevr.az xəbər verir ki, Reza Deqati Laçında apardığı çəkilişlər barədə özünün "Instagram" hesabında video paylaşıb. O, burada ermənilərin azərbaycanlıların qəbirlərini təhqir etməsini, onların şəhərdə yandırdıqları evləri, meşələri və qəbiristanlıqları lentə alıb.
 
R.Deqati bildirib ki, Azərbaycan torpaqlarının ermənilər tərəfindən 30 illik işğalı zamanı 1 milyona yaxın azərbaycanlı öz evlərini tərk etmək məcburiyyətində qalıb, həmçinin ermənilər azərbaycanlıların qəbiristanlıqlarını yandırıb, evlərini talan ediblər:
 
“Bu gün 2022-ci il sentyabr ayının 3-dür və biz 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın müddəalarına uyğun olaraq, ermənilərin tərk etdiyi Laçın şəhərindəyik. Biz burada olan dağıntıları və vəhşilikləri indi öz gözümüzlə görürük. Buradakı azərbaycanlıların evləri və qəbiristanlıqları dağıdılıb və yandırılıb. Buradakı məzar daşları qazılaraq çıxarılıb və oğurlanıb. Qəbirlər təhqir edilib, məzarların içərisi qazılaraq insanların sümükləri çıxarılıb. Laçında qəbiristanlıqda gəzmək özü də təhlükəlidir, çünki ermənilər tərəfindən burada çoxlu sayda minalar basdırılıb.
 
Buradakı azərbaycanlıların qəbirləri qazılıb və onların qızıl dişləri çıxarılıb. Ermənilər Laçın şəhərini tərk etməmişdən buradakı evləri, yaşayış binalarını, meşələri və hətta qəbiristanlıqları belə yandırıblar.
 
Ermənilər burada mərmərdən olan məzar daşlarını söküb aparıb, bəzi qəbirləri isə qarət məqsədilə dağıdıblar”, - deyə fotojurnalist qeyd edib.

Manevr.az
https://www.instagram.com/tv/CiCZIfDuoeQ/?utm_source=ig_web_copy_link

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar