Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Başa düşdük ki, ermənilər bu yolda sadəcə qonaqdır"

Tarix: 03-09-2022 12:17     Baxış: 4280 A- / A+

Ermənistanın "Hraparak" nəşrində Azərbaycanın Qarabağ bölgəsinə səfər etmiş jurnalist Vahe Makaryanın məqaləsi dərc olunub.
Manevr.az trend-ə istinadən xəbər verir ki, o, bu məqalədə Azərbaycan hökumətinin Laçın şəhərinin ətrafında inşa etdiyi yoldan heyranlıq hisslərini gizlətməyib.
"Biz irəli hərəkət etdik və azərbaycanlıların inşa etdiyi gözəl yolun keyfiyyətindən heyranlıq duyduq", - jurnalist yazır.
V.Makaryan vurğulayır ki, azərbaycanlılar dağları qazıb, bir neçə ay ərzində tunel və körpülər tikib, dünya standartlarına uyğun yol çəkib.
"Yolun müəyyən hissəsindən başlayaraq Azərbaycan nömrələri ilə avtomobillər də qarşımıza çıxırdı və biz başa düşdük ki, ermənilər bu yolda sadəcə qonaqdır. Bu bizim yol deyil, sadəcə qonşu dövlət tərəfindən xoş məram göstəricisidir", - məqalədə deyilir.
O etiraf edir ki, yolun Ermənistan tərəfinə keçəndən sonrakı keyfiyyətini Azərbaycan hökumətinin inşa etdiyi hissənin keyfiyyəti ilə müqayisə etməyə dəyməz.
"Əlbəttə, burada təəssüratlar fərqlidir. Yol örtüyünün keyfiyyəti azərbaycanlıların tikdiyi ilə heç bir müqayisəyə gəlmir", - V.Makaryan yekunlaşdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar