Manevr.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada keçirilən konfransda Zəngilanda indiyədək gerçəkləşən və həyata keçiriləcək layihələr haqqında danışarkən bildirib.
Prezidentin xüsusi nümayəndəsi Zəngilanda hava limanının inşasının davam etdiyini də bildirib. O, həmçinin Zəngilanda ekoturizm və aqroturizm, eləcə də günəş enerjisindən istifadə üçün əlverişli şəraitin olduğunu qeyd edib. Deyib ki, bununla da regionun təbiətinə zərər vermədən bölgəni elektrik enerjisi ilə təmin etmək mümkün olacaq.