Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağ erməniləri Ermənistana hansı yolla gedəcək?

Tarix: 26-08-2022 10:08     Baxış: 4312 A- / A+
Qarabağ erməniləri Ermənistana hansı yolla gedəcək?
Qarabağ ermənilərini Ermənistanla birləşdirəcək yeni dəhlizin marşrutu sentyabrın ilk həftəsində istifadəyə veriləcək. 
Manevr.az haqqın.az-a istinadən xəbər verir ki, bu barədə özünü qondarma "Xankəndi rejiminin" "ərazi idarəetmə və infrastruktur naziri" adlandıran Hayk Xanumyan erməni mətbuatına bildirib.
 
Onun sözlərinə görə, hələlik Xankəndi-Laçın-Gorus yolu fəaliyyətdə olacaq: "Alternativ marşrut yeni cənub dəhlizi üzrə fəaliyyət göstərəcək. Yeni yolda hərəkət yalnız Rusiya sülhməramlılarının bütün nəzarət-buraxılış məntəqələri yerləşdirildikdən sonra başlayacaq".
 

Ehtimal olunur ki, yeni yolda hərəkət sentyabrın ilk həftəsində təşkil olunacaq. Yeni magistralın müvəqqəti hissəsi uzun illər işğaldan sonra nəhayət Azərbaycana qaytarılan Laçın, Zabux və Susdan yan keçərək Zabux-Tuğ yoluna birləşir", - Xanumyan deyib.
 
Xatırladaq ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilərin bu əraziləri tərk etmələri üçün avqustun sonu-sentyabrın əvvəlinədək vaxt verilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar