Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Susdan köçən erməni: “Qəbirlərimizi də sökdük ki, türklərə qalmasın”

Tarix: 22-08-2022 15:55     Baxış: 3297 A- / A+
Tezliklə Azərbaycanın nəzarətinə keçəcək Laçın rayonun Sus kəndini artıq bütün 12 erməni ailəsi tərk edib, orada yalnız 1 sakin qalıb, o da yaxın günlərdə kəndi tərk edəcək. 

Manevr.az xəbər verir ki, bunu Sus kəndindəki erməni icmasının rəhbəri Mxitar Nersisyan Ermənistan KİV-nə müsahibəsində bildirib.
“Müharibədən sonra kənddə 12 ailə yaşayırdı. Onlar Ermənistanın müxtəlif bölgələrinə köçmək arzusunu ifadə ediblər, yalnız 1 ailə Qarabağa köçmək istəyib. Kənddə işıq yoxdur, telefon əlaqəsi kəsilib, hər şey sökülüb”.
İcma başçısı qeyd edib ki, sakinlər dəfn olunmuş qohumlarının qalıqlarını da özləri ilə aparıblar: "Qəbirlərimizi sökdük ki, türklərə qalmasın".
“2020-ci il müharibəsindən sonra biz düşünürdük və ümid edirdik ki, Sus, Zabux və Laçın şəhərindəki icmalar yerində qalacaq, lakin hadisələr başqa cür inkişaf etdi.
Avqustun 20-də Zoravarner parkında camaatımızda şam yandırma mərasimi təşkil etdim, torpağımıza, suyumuza söz verdik ki, bir daha qayıdacağıq (?), torpağımızla, suyumuzla vidalaşmadıq. Hər halda nə vaxtsa torpağımızı azad edəcəyimizə ümid var”, - deyə Mxitar Nersisyan həyasızcasına qanunsuz məskunlaşdıqları Azərbaycan torpaqlarını özlərininki hesab etdiklərini söyləyib.
O qeyd edib ki, kəndi tərk edənlər əvvəlcə evləri yandırmaq qərarına gəliblər, lakin sonradan fikirlərini dəyişiblər, onları sökməyə çalışıblar.
44 günlük maheribədən əvvəl Susda Ermənistanın və Qarabağdan köçən 49 ailə yaşayırdı. Müharibədən sonra onların sayı 12-dək azalmışdı.
Qeyd edək ki, ermənilər 2019-cu ildə Sus kəndində ötən əsrin əvvəllərində Qarabağda və Qərbi Azərbaycanda azərbaycanlılara qarşı qəddarlıq etmiş, özünün terror dəstəsilə kütləvi qırğınlar törətmiş tayqulaq Andarinkə heykəl də ucaltmışdılar. Heykəlin ətrafında daha üç "xaçkar" yerləşdirlmişdi.
Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib. Ermənilər bu tələb qarşısında Laçını tərk etməyə başlayıblar./Modern.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar