Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin çoxu Laçını tərk etdi

Tarix: 21-08-2022 21:06     Baxış: 4329 A- / A+
Ermənilərin çoxu Laçını tərk etdiZabux və Sus kəndlərində, eləcə də Laçının mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti artıq bu yaşayış məntəqələrini tərk ediblər. Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində cəmi bir neçə ailə qalıb, qalanları Ermənistanın müxtəlif rayonlarına gedib.
Manevr.az xəbər verir ki, bu barədə Haqqın.az məlumat yayıb.
“Kavkazskiy uzel” nəşri xəbər verir ki, “Laçın administrasiyası” adlanan qurum ermənilərə avqustun 20-dək yaşayış məntəqələrini tərk etməyi tapşırıb. Əmlakını vaxtında daşımağa vaxt tapmayan ailələrə əlavə 5 gün, yəni avqustun 25-dək vaxt verilib. Həmçinin bildirilir ki, erməni sakinlərinin tərk etməli olduqları bütün yaşayış məntəqələrinin artıq elektrik enerjisi və rabitə xətti kəsilib.
44 günlük müharibədən sonra Sus kəndində dörd və ya beş ailə qalıb, onlar da artıq kəndi tərk ediblər, əhalinin 90 faizi Laçını və Zabux kəndini tərk edib. Laçından üç, Zabuxdan isə beş ailə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində qalmağa qərar veriblər – onların Xankəndidə yerləşdiriləcəklərinə söz verilib.
Özünü “Laçın administrasiyası”nın rəhbəri kimi təqdim edən Muşeq Alaverdyan avqustun 25-dək şəhərin Azərbaycanın nəzarətinə veriləcəyini bildirib. Onun “həmkarı” özünü “Zabux kənd administrasiyasının” başçısı adlandıran Andranik Çauşyan isə bildirib ki, artıq ailəsini köçürdüyü Xankəndində müvəqqəti məskunlaşmaq niyyətindədir: “Hazırda Zabuxda cəmi 30 nəfər qalıb, hamı əşyaların daşınması ilə məşğuldur”.
Laçındakı mağazalardan birinin sahibi Aida Balikyan etiraf edib ki, işğal illərində burada məskunlaşıb: “Ermənistan hökuməti eksperiment olaraq bizi Laçına yerləşdirdiklərini söylədi. Biz də hökumətə inandıq və bu yerlərə gəldik. Məlum oldu ki, verdikləri vədlərin hamısı yalandır”.
Yeri gəlmişkən, İtaliyanın tag43.it portalı yazır ki, Qarabağda Rusiya sülhməramlıları ilə bağlı narazılıqlar son toqquşmalardan sonra xüsusilə artıb.
“44 günlük müharibədən sonra ermənilər bu yerlərə qayıtdılar, çünki ruslar onların təhlükəsizliyinə zəmanət verdi. Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirməlidirlər. Hər şey belə davam edərsə, o zaman bu əraziyə beynəlxalq sülhməramlıların yerləşdirilməsini tələb edəcəyik” – deyə Xankəndi sakini bildirib.  
Qeyd edək ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər bu əraziləri boşaldır. Ermənilərin həmin əraziləri tərk etməsi üçün avqustun sonunadək vaxt verilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar