Xəbər lenti
Nersisyan ÇƏRƏNLƏDİ: "Biz qayıdacağıq, torpağımızla, suyumuzla vidalaşmadıq, ümidimiz var"

Manevr.az konkret.az-a istinadən xəbər verir ki, Sus kəndinin “başçısı” Mxitar Nersisyan bunu jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, Laçın rayonunun Sus kəndini artıq 12 ailə tərk edib, bir sakin isə qalıb, yaxın günlərdə o da kəndi tərk edəcək.
O qeyd edib ki, sakinlər dəfn olunmuş qohumlarının qalıqlarını da özləri ilə aparıblar.
“2020-ci il müharibəsindən sonra biz düşünürdük və ümid edirdik ki, Sus, Laçın və Zabux icmaları bir dəhliz olaraq qalacaq, Sus sakinləri qayıdıb yenidən yaşayacaq, lakin hadisələr başqa cür inkişaf etdi. Bu iki ildə hələ sağalmayan yaralar yenidən insanları incidir, sakinlər çox üzülür, pərişan olur. Avqustun 20-də Zoravarner parkında camaatımızda şam yandırma mərasimi təşkil etdik, torpağımıza, suyumuza söz verdik ki, bura yenə qayıdacağıq, torpağımızla, suyumuzla vidalaşmadıq. Hər halda nə vaxtsa torpağımızı azad edəcəyimizə ümid var”, – deyə separatçı tör-töküntüsü çərənləyib.
O deyib ki, kənd sakinləri əvvəlcə evləri yandırmaq qərarına gəliblər, lakin sonradan fikrini dəyişiblər, çünki onları böyük çətinliklə tikiblər, yalnız kəndə bitişik çəmənliklər yanıb.
Qeyd edək ki, artıq ermənilərin əsas hissəsi yaşayış məntəqələrini tərk edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar