Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Laçın necə işğal edilmişdi? – Polkovnik əsas səbəbləri göstərdi

Tarix: 20-08-2022 15:52     Baxış: 4347 A- / A+
Manevr.az xəbər verir ki, 1992-ci ildə Laçının işğal edilməsi ilə bağlı teleqraf.com-a danışan Azərbaycan ordusunun ehtiyatda olan polkovniki və hərbi ekspert Üzeyir Cəfərov belə deyir.
Polkovnik 1992-ci ildə işğal edilmiş Laçın şəhərinin artıq tam ordumuzun nəzarətinə keçməyə yaxın olduğunu söyləyir:
“Ermənilər o qədər abırsızlaşıb və həyasızlaşıblar ki, burunlarından o tərəfi görməyə çətinlik çəkirlər. Ermənilər özlərinə o sualı verməlidirlər ki, 1992-ci ilədək Laçında kim yaşayıb? 1992-ci ildən sonra Rusiya, Suriya və Livandan orada yerləşdirilmiş ermənilər bu gün nə qədər istəyirlər, qışqırsınlar. Bu adamlar anlamalıdırlar ki, gəlib başqasının yurduna soxulublar. İndi də qayıdırlar ki, oradan çıxmayacaq. Qoy çıxmasınlar, əminəm ki, bir neçə günə Laçından çıxmaq üçün özləri vaxt istəyəcəklər. İndi Laçını yandırırlar, evləri sökürlər, meşələri yandırırlar – hər cür barbarlığı edirlər.

1990-cı illərin əvvəllərində hələ ordu tam formalaşmamışdı. O istiqamətdə özünümüdafiə taborları, bəzi hərbi hissələr vardı. Sadəcə onların maddi-texniki bazası imkan vermədi ki, biz Laçını, Şuşanı, Kəlbəcəri və digər yaşayış yerlərini düşməndən və ona havadarlıq edənlərdən müdafiə edək.
Ermənilər qürrələnməməlidirlər ki, bu əraziləri öz güclərinə ələ keçiriblər. Əsla belə deyil. O vaxt SSRİ-dən qalma Zaqafqaziya Hərbi Dairəsinin bölgədə olan hərbi hissələrinin muzdlu zabitləri hesabına üstünlük əldə etmişdilər. Həm PDM-lərdən, həm də tanklardan istifadə edərək, ərazilərimizi işğal etdilər.
İndi ermənilər Azərbaycana dil uzadırlar. Ermənilər unutmamalıdırlar ki, iki il əvvəl gizlənməyə yer axtarırdılar. İndi yenə “dilləri uzanıb”, “müstəqillikdən” danışırlar. Bunlar boş sözlərdir”.
Üzeyir Cəfərov vurğulayıb ki, Laçına və digər ərazilərə aidiyyəti olmayan ermənilər oradan çıxıb getməlidirlər, bunu Azərbaycan prezidenti də dilə gətirib:

“Getməyəcəkləri təqdirdə, nə edəcəyimizi bilirik. Bizim onlara ayırmağa boş vaxtımız yoxdur. Ermənilərin nə deməsindən asılı olmayaraq, yaxın vaxtlarda Laçın tam Azərbaycan Ordusunun nəzarətinə keçəcək və lazım olan mövqelərdə yerləşəcəyik. Artıq proses bu istiqamətdə gedir, Laçını tam şəkildə qəbul edəcəyik. Sadəcə olaraq, onların Laçındakı vandal əməlləri və meşələrdə qəsdən yanğın törətmələri bizə təsir edir. Hesab edirəm ki, bu əməlləri törədən ermənilər məsuliyyətə cəlb olunmalıdırlar.Yanmış evləri bərpa etmək olar, amma bu vəhşilər başa düşmürlər ki, meşələrin yandırılması təbiətə sağalmaz ziyan vururlar. Sən uçub Veneraya, Yupiterə getməyəcəksən, Azərbaycanla qonşuluqda yaşamağa məcbursan”.
Üzeyir Cəfərov Laçının işğalında Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın oynadığı “rol”a da diqqət çəkib:
“Bəzi jurnalist dostlarımız bilərəkdən-bilməyərəkdən yazırlar ki, 1992-ci ildə SSRİ-nin 366-cı Alayı işğal prosesində fəallıq göstərib. 1992-ci ildə SSRİ yox idi. Seyran Ohanyan da həmin alayın tərkibində rota (bölük) komandiri olub. Onun komandiri isə rusiyalı polkovink Yuri Zarviqorov idi. O zamanı yaxşı tanıyıram. Onda Zaqafqaziya Hərbi Dairəsində xidmət edirdim, həmin dairənin Azərbaycan üzrə müxbir məntəqəsinin rəhbəri idim. Azərbaycan müstəqillik qazandıqdan sonra Müdafiə Nazirliyinə transfer edildim. Yəni o hərbi hissəni yaxşı tanıyıram.
Laçının işğalının təşkilində daha fəal rol oynayanlar Seyran Ohanyan və bir neçə erməni hərbçisi ilə yanaşı, Yuri Zarviqorov idi. Zarviqorov bu gün Rusiyada yaşayır. Əsas təşkilatçılar bu adamlar idilər. Pulların ödənilməsi, tank ekipajlarının, şəxsi heyətin formalaşdırılması və muzdluların toplanması kimi işlərə şəxsən Seyran Ohanyanın özü rəhbərlik edirdi. Məhz Seyran Ohanyan və digərlərinin xüsusi fəallığı nəticəsində bizim digər ərazilərimizlə yanaşı, Laçın da işğala məruz qaldı.
Dediyim kimi, bu prosesdə “ermənilərin qəhrəmanlığı”ndan danışmağa dəyməz, çünki onların təkbaşına Azərbaycan ərazilərini işğal edə biləcək gücləri olmayıb. Ermənilər yalnız Rusiya ordusu və muzdluların köməyi ilə bunu ediblər. Bizim ölkədə isə nizami ordu formalşamamışdı, siyasi sabitlik yox idi.
Muzdluları da təkcə bəzi keçmiş SSRİ ölkələrindən yox, Suriya, Livan və digər yerlərdən gətirmişdilər. Erməni millətçisi olan başkəsənləri də bu ölkələrdən gətirərək işğalçı müharibəyə cəlb etmişdilər. Erməni diasporu və lobbisi muzdluların toplanması üçün mütəşəkkil işləyirdi”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar