Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Separatçılar Laçındakı ermənilərin köç vaxtını 1-2 ay da uzatmağa çalışır

Tarix: 16-08-2022 10:08     Baxış: 3296 A- / A+
Laçının Zabux kəndində qanunsuz məskunlaşan erməni ailələrinin köçü davam edir.
Manevr.az “Hraparak”a istinadən xəbər verir ki, bu barədə Zabuxdakı erməni icmasının rəhbəri Andranik Çavuşyan bildirib.

O, iki gün öncə “sakinlər”dən birinin öz evini yandırdığını təsdiqləyib. Deyib ki, həmin şəxs 28 ildir orada yaşayırdı. İcma rəhbərinin sözlərinən belə məlum olur ki, evini yandıran şəxs azərbaycanlılara hədsiz nifrətindən bunu edib.
Andranik Çavuşyan hazırda kənddə təxliyə işləri aparıldığını, bir neçə ailənin artıq Zabuxu tərk etdiyini söyləyib.

O, köçmək üçün həm Ermənistan dövləti tərəfindən, həm də ayrı-ayrı imkanlı şəxslər tərəfindən sakinlərə maşın ayrıldığını da qeyd edib.


“Artıq bir neçə ailə gedib. Bəziləri əşyaları daşıyır, yenə qayıdır, bəziləri isə gedib. İndi biz Hayk Xanumyanı (Qarabağ separatçılarının “ərazi idarəetmə və infrastruktur naziri”-red.) gözləyirik. O, Ermənistandadır. Gəlsin görək yeni nələr deyəcək”.

“Kənddə evləri yandırmaq niyyətində olan başqa adamlar varmı” sualına icma başçısı “bilmirəm” deyə cavab verib.

“Hraparak” qəzeti yazır ki, Laçında qanunsuz yaşayan ermənilər gələn həftə Moskvada gözlənilən üçtərəfli görüşə ümid bəsləyirlər. Onlar təxliyə tarixinin daha 1-2 ay gecikdirilməsi ilə bağlı razılığın əldə oluna biləcəyini gözləyirlər. Laçındakı ermənilər arasında belə xəbərlər dolaşır.

Qeyd olunur ki, Qarabağdakı separatçı rejim kommunikasiya problemini həll etmək üçün vaxt qazanmağa çalışır. Söhbət “Laçın dəhlizi” boyunca uzanan qaz kəmərinin, elektrik və internet xətlərinin Laçından yan keçən yeni yola daşınmasından gedir. Çünki Xankəndini Ermənistanla birləşdirən yeni yol istifadəyə veriləndən sonra “Laçın dəhlizi” Azərbaycan tərəfinin nəzarətinə keçəcək ki, o zaman da kommunikasiya xətləri ermənilər üçün əlçatmaz olacaq.

Xatırladaq ki, Azərbaycan tərəfi ermənilər qarşısında qanunsuz yaşadıqları Laçın şəhəri, rayonun Zabux və Sus kəndlərini avqustun 25-dək tərk etmək tələbi qoyub./Modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar