Xəbər lenti
170 erməni Laçın şəhərini tərk edir: “Əşyaları artıq toplanıb”-“Mer”
Azərbaycanın Laçın şəhərində işğaldan sonra məskunlaşan ermənilər hələ şəhəri tərk etməyiblər, ancaq əşyalarını toplayıblar.
Manevr.az xəbər verir ki, bu barədə Laçındakı ermənilərin “icma rəhbəri” adlandırılan Narek Aleksanyan “NEWS.am”-a müsahibəsində bildirib. O deyib ki, 170 nəfər şəhəri tərk edəcək:
“Onların hansı istiqamətə gedəcəkləri hələ məlum deyil, yəni Qarabağa, yoxsa Ermənistana köçürüləcəkləri bəlli deyil”, -Aleksanyan bildirib.
O, Laçından çıxan ermənilərin yeni dəhlizin ərazisində yerləşən kəndlərə köçürülməsi ilə bağlı dəqiq məlumata malik olmadığını deyib. Eyni zamanda, qeyd edib ki, əgər bu baş verərsə, bu kəndlərdə yaşamağa razılıq verən ailələr olacaq.
Şəhərdən çıxandan sonra evlərin yandırılması məsələsinə gəlincə, “mer” təhlükəsizlik problemlərinin olduğunu, sakinlərin evləri yandırmamasına üstünlük verdiyini qeyd edib: “Yaxınlıqda ermənilərin indi də yaşadığı kənd var, alov ora da çata bilər, təhlükəsizliklə bağlı bir sıra problemlər də var, onlar haqqında çox danışmaq istəməzdim. Hər halda hesab etmirəm ki, evin yandırılmasının təzminat ödənilməsinə aidiyyəti olsun. Buna görə insanların kompensasiya almayacağını düşünmürəm, amma mənim fikrim aydındır, evlərin yandırılmasına ehtiyac yoxdur”.
Aleksanyanın sözlərinə görə, kibabxana fondları, xaçkarlar da Laçından çıxarılır.
Xatırladaq ki, Laçın şəhəri, Zabux və Sus kəndi avqustun 25-də Azərbaycana təhvil verilməlidir./cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar