Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Laçındakı ermənilər: “Müsəlmanlar erməni evlərində yaşamazlar, onları yandırmaq mənasızdır”

Tarix: 11-08-2022 10:18     Baxış: 4325 A- / A+
Laçın şəhəri və Zabux kəndində qanunsuz yaşayan ermənilərin əmlakının ərazidən daşınması bir neçə gündür dövlət səviyyəsində təşkil olunub. Bunun üçün ayrılan avtomobillər bütün günü yük daşıyır. Bəzi ailələr əmlaklarını Qarabağın digər bölgəsinə, əksəriyyəti isə Ermənistana köçürür.

Manevr.az -ın məlumatına görə, bunu Ermənistanın “Hraparak” qəzeti Laçındakı ermənilərin köç prosesi barədəki məqaləsində yazıb

Məqalədə qeyd edilir ki, hazırda Laçındakı üç icmada (Laçın şəhəri, Zabux və Sus kəndləri) ümumilikdə 100-ə yaxın ailə, 350 nəfər yaşayır.

“Hraparak” qəzeti bildirib ki, adı çəkilən icmaların əhalisinin yalnız 10-15 faizi Qarabağda məskunlaşmaq arzusundadır, əksəriyyət Ermənistana köçmək istədiyini deyib.
 
Qəzet yazır ki, Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilərin təxliyəsi Azərbaycan tərəfinin tələbi deyil, rəsmi Bakı həmin 350-yə yaxın erməninin sözügedən ərazilərdə yaşamağa davam etməsini  qəbul etməyə hazırdır:

“Amma bir şərtlə ki, onlar Azərbaycan vətəndaşı olmağı qəbul edirlər və Azərbaycan qanunlarına uyğun yaşayırlar”.

Nəşr bildirib ki, Laçındakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməyə razılaşarsa,  Xankəndidəki separatçı rejim və Ermənistan hakimiyyəti onların həyatı və təhlükəsizliyi üçün heç bir məsuliyyət daşımayacaq.

Ancaq Azərbaycan vətəndaşlığını qəbul etməyə razılaşmayan ermənilər köçməyə üstünlük veriblər və artıq əşyalarını yığırlar.

“Hraparak”ın məlumatına görə, ermənilər əmlakın mümkün qədər çox hissəsini köçürəcəklər.

“Hətta bəziləri yeni yaşayış yerlərində həyata sıfırdan başlamamaq üçün qəbirlərdən məzar daşlarını da götürür, imkan daxilində evlərini sökürlər”.
 
Laçından köçən ermənilər “Hraparak”a bildiriblər ki, tərk edilən evləri yandırmaq mənasızdır:

“İlk növbədə ona görə ki, azərbaycanlılar, müsəlman dininə etiqad edənlər, bir qayda olaraq, ermənilərin evində yaşamırlar. Və başqa arqument də var: Ağavnodakı (Zabuxdakı-red.) evləri yandıracağıq, onlar da (azərbaycanlılar-red.) bizim kommunikasiyalarımızı zədələyəcəklər, axı “Artsax”ı (Qarabağın ermənilərin nəzartində olan bölgəsi-red.) qidalandıran su, işıq, rabitə onların ərazisində qalır”.

Məqalədə o da bildirilib ki, “Laçın dəhlizini”nə alternativ çəkilən yeni yolun Ermənistana düşən hissəsindəki 3 kilometrlik məsafənin abadlaşdırılması işlərinə də başlanılıb. Hazırda torpaq yol olan həmin hissənin sentyabra kimi tələm-tələsik abadlaşdırılmasında məqsəd Xankəndinin Ermənistanla əlaqəsinin kəsilməməsinə nail olmaqdır. Daha sonra Ermənistan tərəfi alternativ yolun öz ərazisinə düşən 11 kilometrə qədər olan hissəsinin tikintisini 250 günə qədər həyata keçirməyi planlaşdırır.
 
Xatırladaq ki, Azərbaycan tərəfi "Laçın dəhlizi”nə alternativ çəkilən yeni yolda işləri yekunlaşdırmaq üzrədir. Tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin "Laçın dəhlizi”ndən yeni yola keçirilməsi nəzərdə tutulur.

"Laçın dəhlizi"nə alternativ olan 32 kilometrlik yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, Laçından yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol 3 il ərzində hazır olmalıdır.

Xankəndini Ermənistanla birləşdirəcək Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun hazırda rusların nəzarətində qalmış kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq.

Söhbət "Laçın dəhlizi" adlandırılan 5 kilometr enindəki zolaqda yerləşən Laçın şəhəri və rayonun 6 kəndi - Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabuxdan gedir. Hazırda bu yaşayış məntəqələrinin 3-də - Laçın şəhəri, Zabux və Sus kəndlərində ermənilər qanunsuz məskunlaşıblar./Modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar