Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Laçın tezliklə ÖZ SAHİBİNƏ qovuşacaq - Deputat - ŞƏKİL

Tarix: 09-08-2022 17:17     Baxış: 4388 A- / A+

30 ildən çox işğal həyatı yaşayan Laçın şəhəri yenidən öz doğma sahiblərinə qovuşacaq. Laçın işğaladək Şərqi Zəngəzurun aparıcı rayonlarından olub. Rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb.
Manevr.az xəbər verir ki, bunu bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib.
“2010-ci ildə Laçın Rayon İcra Hakimiyyətinin apardığı qiymətləndirmələrə görə, bütövlükdə, rayonun işğalı ilə əlaqədar əhaliyə dəyən ziyan 9,1 milyard ABŞ dolları təşkil edib. Hazırda işğaldan azad olunan ərazilərimiz üzrə dəymiş ziyanın beynəlxalq metodologiyaya uyğun hesablanması başa çatmaq üzrədir və budan sonra daha konkret rəqəmlər qeyd etmək mümkün olacaq. Bununla yanaşı, dəymiş ziyan sadəcə əmlakın məhv edilməsi deyil, həmçinin 30 illik işğal müddətində həmin ərazilərdəki təbii ehtiyatların talanması və torpaqlardan istifadə ilə də ölçülür. Digər tərəfdən, işğal nəticəsində 47.2 min sakinimizin məcburi köçkün həyatı yaşaması beynəlxalq metodologiyada əsas xərclərdən hesab olunur” – deputat bildirib.

Millət vəkili söyləyib ki, tezliklə Laçın şəhəri Azərbaycan ordusunun tam nəzarətində olacaq: “Laçın rayonu Azərbaycan üçün strateji əhəmiyyət daşımaqla yanaşı, böyük iqtisadi potensiala malikdir. İşğaldan əvvəl Laçın rayonu kənd təsərrüfatı, bir sıra sənaye məhsullarının istehsalında, xüsusilə aqrar sektorda heyvandarlığın inkişafında respublikada öndə gedən rayonlardan hesab olunurdu.
Laçın rayonu kifayət qədər təbii ehtiyatlara malikdir. Rayonda dəmir, mis, mərmər və digər inşaat materiallarının istehsalı üçün xammal ehtiyatları var ki, bu da rayonda emal sənaye müəssisələrinin formalaşmasına zəmin yaradır. Laçın, eyni zamanda, turizm baxımından, o cümlədən, yay və qış turizminə malik seçilən rayonlardandır. Laçın rayonu bərpadan sonra qısa bir zamanda Azərbaycanda iqtisadi inkişafa dəstək verən aparıcı rayonlardan birinə çevriləcək”./publika.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar