Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya hər yeri növbə ilə təslim edəcək - Erməni ekspert

Tarix: 09-08-2022 16:50     Baxış: 4312 A- / A+


“Rusiya hər yeri bir-bir təslim edəcək”.
Manevr.az konkret.az-a istinadən xəbər verir ki, bunu avqustun 9-da jurnalistlərlə görüşündə Azərbaycan məsələləri üzrə ekspert Armine Adibekyan deyib.

“Ruslar hər yeri növbə ilə təhvil verəcəklər. 2020-ci il noyabrın 9-dan sonra Rusiyanın Azərbaycana nə qədər ərazi verdiyini gördünüzmü? Onlar güzəşt etməyə davam edəcəklər”, – ekspert bildirib.
Onun fikrincə, lazım gələrsə, Rusiya Qarabağı “lent vurub təslim edəcək”. 
“Rusiya sülhməramlıları Ermənistanın maraqlarını qorumağa borclu deyillər. Onlar Rusiyanın maraqlarını qoruyacaqlar. Rusiya bizim əvəzimizə erməniləri müdafiə etməyəcək. Moskvanın başqa problemləri var. Rusları kim gətirdi? Rusiya sülhməramlılarının Qarabağda yerləşdirildiyi sənədi kim imzalayıb? Paşinyan. Elə deyilmi? Qarabağı bizdən yaxşı heç kim müdafiə edə bilməz”, – deyə Adibekyan cərənləyib.
O, Rusiya sülhməramlılarının Ermənistan ərazisində olmasından çaşdığını bildirib.
“Niyə mən xarici əsgərə öz ölkəm ətrafında hərəkət etmək üçün sənəd göstərməliyəm? Sabah bu rus oğlan silahını yığıb gedəcək, yerinə türkü gətirəcək. Çünki orada türk kapitalı işləyəcək. Mən uzun illərdir ki, Türkiyənin Ermənistana qoşun yeridəcəyindən danışıram. Rus gedəcək və yerini türkə verəcək, çünki Türkiyə və Rusiya hazırda bir-biri ilə ciddi enerji və ticarət müqavilələri bağlayır”, – deyə Adibekyan bildirib.
Adibekyan Meğri-Aqarak yolundakı postda yoxlamalardan da danışıb.
“Bəlkə bu maskalanmış türk və ya azərbaycanlıdır. Hansı əsasla ordadır və sənədləri yoxlayır. Ola bilsin ki, Paşinyan qorxusundan piştaxtanın altından hansısa sənədə imza atıb. Əgər belədirsə, o zaman əcnəbi hərbçidən Ermənistanın imzaladığı sənədi göstərməyi tələb etmək lazımdır”, – ekspert sərsəmləyib.
Xatırladaq ki, avqustun 8-də məlum olub ki, Meqri və Aqarak şəhərləri arasındakı yolda Rusiya sülhməramlıları sənədləri və yükləri yoxlayır. Bu post Zəngəzurun Meqri-Aqarak yolunda 9 aydır quraşdırıldığı bildirilir.
Rusiya FTX-nin Ermənistandakı Sərhəd Departamentində Meğri-Ağarak yolu hissəsində nəzarətin gücləndirilməsini İrandan Ermənistana qeyri-qanuni yolla ağır narkotik vasitələrin və psixotrop maddələrin (həşiş, metamfetamin, heroin) gətirilməsi cəhdlərinin artması ilə izah edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar