Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan hakimiyyəti Laçını vaxtından əvvəl təslim etməyə razılaşıb - Erməni KİV

Tarix: 08-08-2022 18:37     Baxış: 4308 A- / A+

“Ermənistan hakimiyyəti Laçını vaxtından əvvəl təslim etməyə razılaşıb”.
Manevr.az xəbər verir ki, bu barədə “CivilNet” portalı məlumat verib. Portal yazır ki, danışıqlar zamanı Ermənistan hakimiyyəti Azərbaycanın Laçın şəhərinin, Zabux və Sus kəndlərinin vaxtından əvvəl təhvil verilməsi ilə bağlı tələbləri ilə razılaşıb.
“9 noyabr 2020-ci il tarixli bəyanata əsasən, “yaxın üç il ərzində Laçın dəhlizi ilə Qarabağ və Ermənistan arasında əlaqəni təmin edən yeni nəqliyyat marşrutunun tikintisinin planı müəyyən ediləcək. Bu marşruta nəzarəti Rusiya sülhməramlı kontingenti yerinə yetirəcək. Yəni söhbət üç il ərzində yeni yol çəkməkdən yox, yalnız yeni marşrut seçməkdən gedirdi.
Avqustun 4-də Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, hazırda Rusiya, Ermənistan və Azərbaycan tərəfindən təsdiqlənmiş yol tikintisi planı yoxdur və Ermənistan tərəfi heç bir yeni yol planı ilə razılaşmayıb.
Bu bəyanatlara baxmayaraq, Ermənistan Tex kəndindən Kornidzor yolunun yenidən qurulmasına başlayıb. Onun sözlərinə görə, bu yolun Laçın dəhlizinin yeni marşrutu ilə birləşdiriləcəyi ehtimal edilir.
Bir sıra suallar yaranır. Laçının vaxtından əvvəl təslim olması ilə bağlı razılaşma varmı? Yoxdursa, o zaman Azərbaycan təkcə öz nəzarətində olan hissədə deyil, həm də Ermənistan ərazisində, Şuşa rayonunun Xin Şen (Kiçik Qaladərəsi) və Mets Şen(Böyük Qaladərəsi) kəndləri ərazisində yolu hansı müqavilələr əsasında çəkib? Azərbaycan niyə yol çəkiləndən dərhal sonra Laçını tələb etdi? Ermənistan tərəfi niyə Azərbaycanın tələbi ilə dərhal razılaşdı? Əgər razılaşma olmayıbsa, o zaman Ermənistan hakimiyyəti niyə Azərbaycanın tələbini yerinə yetirir?
Bu müddət ərzində Ermənistan yolun öz hissəsini tikmək üçün heç nə etməyib. Bu, Qarabağ sakinləri arasında qeyri-müəyyənliyi daha da gücləndirir. Ən əsası isə Nikol Paşinyan hökuməti bədnam vədi yerinə yetirmək üçün əməli addımlar atmadan (istər şifahi, istərsə də yazılı) sərhəddə yeni eskalasiyaya səbəb olub”, – deyə portal qeyd edib./Konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar