Xəbər lenti 
					
 
		Ordumuzun nəzarətinə keçən yüksəkliklər – Xəritə

Beləliklə, Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının nəzarəti altında olan hissəsində silahlı-terrorçu ermənilərin bütün fəaliyyətini həm nəzarətdə saxlamaq, həm də istənilən an onları dərhal məhv etmək üçün ərazinin qərb hissəsində bütün strateji yüksəkliklərə Ordumuz sahiblənib.
Bir müddət əvvəl Fərrux yüksəkliyinin də Ordumuzun nəzarətinə keçdiyini yada salsaq, separatçı-terrorçu qüvvələrin faktiki olaraq mühasirəyə düşdüyünü görə bilərik (Xəritədə aydın görünür - red.).
Qeyd edək ki, Sarıbaba yüksəkliyi kimi, Buzduz yüksəkliyini də Rusiya sülhməramlı kontingenti nəzarət altına almağa çalışmış, hətta orda post qurmaq istəmişdilər. Lakin ərazinin rus sülhməramlı kontingentinin məsuliyyət zonasına heç bir aidiyyəti olmadığı əsas gətirilərək, buna imkan verilmirdi.
Xatırladaq ki, məhz Buzdux yüksəkliyi istiqamətində ötən gün hərbçimiz Babək Əliyev minaya düşərək, şəhid olmuşdu./Milli.Az
Manevr.az
 
	   
	    
		
		
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 














