Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni terrorçuları sentyabrın 1-nə kimi Qarabağı tərk edəcək

Tarix: 06-08-2022 09:48     Baxış: 4262 A- / A+
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.


Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
 
Bəs, “Qisas” əməliyyatı ilə qisas alındımı, yoxsa antiterror əməliyyatının davamı olacaqmı?
 

 
Manevr.az xəbər verir ki, bu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, “Qisas” əməliyyatı müvəqqəti olaraq dayandırılsa da, öz məqsədinə çatıb:
“Əməliyyat nəticəsində avqustun 3-də şəhid olan əsgərimiz Kazımov Anar Rüstəm oğlunun qisası alındı. Üstəlik biz Qarabağın  dağlıq hissəsindəki strateji əhəmiyyətli  yüksəklikləri nəzarətə götürdük. Bundan əlavə ermənilərin bir hərbi hissəsini, postunu və bir neçə hərbi maşınını sıradan çıxardıq. Əməliyyat əsasən pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilirdi.  Buna baxmayaraq  Azərbaycan Ordusunun əsgərləri də bu  yüksəkliklərin ələ keçirilməsində çox fəal iştirak edib”.
Onun sözlərinə görə, “Qisas” əməliyyatında ermənilərə çox ciddi gözdağı verilib:
“Bu əməliyyatdan sonra ermənilərin gözü tamamilə qorxdu. Ermənilər söz verməli oldular ki, sentyabrın 1-nə qədər silahlı qüvvələrinin əsgərlərini regiondan çıxaracaqlar. Bundan öncə də bununla bağlı məlumat verilib. Hazırda  Azərbaycan erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını diqqətlə izləyir. Bir neçə hərbi texnikanın çıxarılmasının videogörüntüləri də əldə edilib. Əsgərlərin daşınması isə gecənin qaranlıqlarında həyata keçirilir. Hələlik nə qədər hərbçinin, hərbi texnikanın daşındığını demək olmaz. Çünki  hərbi texnikanın çoxu ərazidə saxlanılıb və bu barədə deyilib ki, həmin  hərbi texnika Qarabağ özünümüdafiə dəstələrinə aiddir. Hər halda demək olar ki, erməni hərbi birləşmələrinin böyük hissəsi ərazidən çıxarılacaq. Əgər bu olmasa, prosesdə müəyyən əngəllər yaradılsa və danışıqlar prosesi yenilənməsə, onda Azərbaycan yenidən antiterror əməliyyatı keçirərək, erməni silahlı dəstələrini ərazidən çıxarmalı olacaq”.
Q.Hüseynli qeyd edib ki, xəbərdarlıqlardan sonra sülhməramlılar fəaliyyətinə çəki-düzən verib:
“Son zamanlar rus sülhməramlıları tərəfindən  görüntü xarakterli addımlar atılır. Seperatçıların hökmranlıq etdiyi  yuxarı Qarabağda Rusiya sülhməramlıların komandanı general Andrey Volkov masa  üzərinə Azərbaycan bayrağını da qoyub. Bu indiyə qədər olmamışdı.  Bu addım  Azərbaycanın suverenliyinə hörmət əlaməti olaraq atılıb. Son vaxtlar həm də məzuniyyətdən dönüb yenidən hərbi hissələrə qayıtmaq istəyən erməni əsgərlərinə imkan verilmir. Demək olar ki, sülhməramlı qüvvələr edilən xəbərdarlıqlardan sonra  özlərinə müəyyən çəki-düzən verməyə başlayıblar. Bölgədən erməni silahlı qüvvələrinin çıxarılmasında sanki onlar da maraqlı görünür. Bu erməni silahlı qüvvələrinin aventürist hərəkətlərinin sülhməramlılara da problem yaratmasından qaynaqlanır. Məncə, onların bölgədən çıxarılması sülhməramlılar üçün də  daha geniş meydan aça bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar