Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azad olunan yüksəkliklər Ordumuza hansı imkanları yaradır? - AÇIQLAMA

Tarix: 04-08-2022 14:41     Baxış: 4288 A- / A+
Azad olunan yüksəkliklər Ordumuza hansı imkanları yaradır? - AÇIQLAMA
"Azad olunan Sarıbaba və Qırxqız yüksəklikləri Laçın dəhlizi ətrafında Azərbaycan Ordusunun həm vizual, həm də atəş-nəzarət imkanlarını kifayət qədər gücləndirir".
 
Manevr.az
xəbər verir ki, bunu "Unikal"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, sözügedən ərazilərin gələcəkdə keçirilməsi mümkün olan antiterror əməliyyatlarında böyük əhəmiyyəti olacaq:
 
"Yaxın perspektivdə isə Sarıbaba və Qırxqız yüksəklikləri qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılmasında istifadə olunacaq. Antiterror əməliyyatının davam etməsi isə Azərbaycandan asılı deyil. Bu, daha çox Ermənistan tərəfinin davranışlarından asılı olacaq. Yəni, Ermənistan tərəfi üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, Azərbaycan Ordusu tərəfindən hər hansı əməliyyatın keçirilməsinə zərurət yaranmaz. 
 

Digər bir tərəfdən, əgər Ermənistan vaxt uzadaraq prosesləri ləngitməyə davam edərsə, o zaman hərbi əməliyyatların növbəti mərhələlərinin keçirilməsi də mümkündür", - deyə o qeyd edib.
 
Xatırladaq ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
 
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.
 
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar