Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda əslində nə baş verir?

Tarix: 03-08-2022 14:15     Baxış: 3303 A- / A+

Erməni mediası və separatçı-terrorçuların Qarabağda gərginliyin olduğuna dair tirajladığı iddialarının məqsədi diplomatik trafik fonunda aydınlaşır: kənar təzyiqlərlə Bakını razılaşmaların icrası tələbindən geri çəkilməsinə nail olmaq;
- Blinkenin köməkçisi Karen Donfrid Bakı və İrəvana zəng etdi: rəsmi məlumatda qeyd olunmasa da, telefon söhbətində ermənilərin “gərginlik” iddiasının müzakirə edildiyi, yaxud zəngin səbəblərindən birinin bu olduğu bəllidir;
- Avropa İttifaqının bölgədəki xüsusi nümyəndəsi Toivo Klaar “gərginliyin artmasından” narahat olduqlarını açıqladı;
- Rusiya Müdafiə Nazirliyi Azərbaycan ordusunun “atəşkəsi” pozduğu iddiasını yaydı.
Sonuncu dəfə Xankəndinin qazı kəsiləndə ermənilər bu cür “infotəxribat kampaniyası”nı həyata keçirmiş, kənar müdaxilələrə nail olmuşdu. Analoji addımları yenidən atır və üçüncü tərəflərin müdaxiləsinə çalışırlar, çünki Bakı cari olaraq iki məsələnin icrasını tələb edir:
1. Erməni qoşunların Qarabağdan tam çıxarılması:
2. Laçın dəhlizinin alternativ marşruta köçürülməsi (baş separatçı Araikin dünən dediyi fikirlərdən bəlli olur ki, sülhməramlılardan yeni marşrut üzrə hərəkətin təşkil edilməsi istənilib).
Ermənilər “gərginlik” atmosferi ilə tələblərin icrasını ən azı uzatmaq niyyətindədirlər.
Bu kontekstdə Moskvanın zəng trafiki diqqət çəkir.
Putin Paşinyanla üçtərəfli razılaşmaların (10 noyabr, 11 yanvar və 26 noyabr) icrasının praktiki tərəflərini müzakirə etdi, lakin Əliyevlə danışmadı: bu o deməkdir ki, Moskva Əliyevin gündəliyini, bu gündəlikdən geri çəkilməyəcəyini bilir və prosesin irəliləməsi, həm də mümkün gərginliyin olmaması üçün ünvan İrəvandır;
Bakıya zəng Rusiya hərbi rəhbərliyindən gəldi: Şoyqu Zakir Həsənovla Qarabağdakı vəziyyəti müzakirə edib.
Və bu zəng Moskvanın Bakıdan mümkün istəklərinin olduğu fikrini də ön plana çıxarır: erməni qoşunların çıxarılması üçün avqust ayına, Laçın dəhlizinin yeni marşruta köçürülməsi üçün yolun Ermənistan tərəfindəki hissəsinin inşasına qədər zaman istəyə bilərlər.
Azərbaycanın bu məsələlərin məhz indi icra edilməsində israrı səbəbsiz deyil:
Birincisi, erməni qoşunların çıxarılması üçün avqust ayına qədər gözləmək, prosesin imitasiyasına şərait yaratmaq deməkdir: İrəvan çıxarılma prosesini Ermənistandan sonuncu çağırışçının avqust ayında hərbi xidməti başa vurması ilə əlaqələndirir, hərçənd, bunun müddətli hərbçilərin bölgədən çıxarılmasına, zabit və müqaviləli hərbçilərin separatçıların qondarma “müdafiə ordusu” adı ilə qalmasına hesablandığı istisna deyil; kadrlı hərbçilərin separatçıların dəstəsində qalmasında Moskva da maraqlıdır;
İkincisi, Laçın dəhlizinin alternativ marşruta köçürülməsi prosesi 10 noyabr bəyannaməsində qeyd olunan üç ilə - 2023-cü ilə qədər uzadıla bilər:
- İrəvan bəyannaməyə istinadən “1,5 il vaxtlarının qaldığını” deyir, bununla marşrutun dəyişdirilməsi, Laçının, eləcə də hazırki dəhliz üzərindəki ərazilərin təhvil verilməsinin daxili ictimai rəydə yaratdığı dalğanın qarşısını almağa çalışır;
- Separatçılar daha əlverişsiz hesab etdikləri yeni marşrutdan istifadə etmək, həmçinin, Laçın şəhəri, Zabux və Sus kəndlərində qalan ermənilərin çıxarılmasını istəmir;
- Rusiya Laçın şəhərinin təhvil verilməsi ilə Bakıya qarşı əlindəki kartlardan birinin indi itirilməsində maraqlı deyil.
Bakı hər iki tələbin indi tam icrasına nail olmaqla sonrakı mərhələyə keçmək niyyətindədir: Zəngəzur dəhlizinin “maneəsiz keçid” prinsipi ilə açılmasına nail olmaq üçün Laçın dəhlizinin eyni rejimlə işləməsi məsələsini gündəmə daşıyacaq və bunu yeni marşrut üzərində etmək imkanı daha böyükdür; erməni qoşunların çıxarılmasına nail olduqdan sonra separatçılarla mübarizənin daxili məsələ olduğu mövqeyini gücləndirəcək.
Hadisələrin inkişafı Bakının 4-cü bəndin icrası və Laçın dəhlizinin yeni marşruta köçürülməsinə indi nail olmaq mövqeyindən geri çəkilməyəcəyini deməyə əsas verir.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar